Sessiya Azərbaycan Respublikasının dövlət himni və şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb. Sessiyanın gündəliyində qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət və ölkədə vətəndaş cəmiyyəti və insan haqlarının vəziyyəti ilə bağlı məsələlərdaxil edilib.
KXCP Ali Məclisin sessiyası rayon (şəhər) şöbə sədrlərinin iştirakı ilə keçirlib.
Sessiyada Ali Məclisin sədri Bəybala Əbil çıxış edərək qəbul edilən qərarların icra vəziyyəti barədə məlumat verib. O, Klassik Xalq Cəbhəsi Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərində iştirakıyla bağlı partiyanın gördüyü işlər barədə danışdı. Seçkilərə hazırlıqla bağlı partiyanın rayon (şəhər) şöbələrindən Mərkəzi Seçki Qərargahına daxil olan ümumi vəziyyətlə bağlı müvafiq arayışı Məclis üzvlərinə təqdim etdi. Bəybala Əbil bildirdi ki, ötən müddət ərzində bələdiyyə seçkiləri ilə bağlı KXCP rayon (şəhər) şöbələrində müavafiq yığıncaqlar keçirilib. Ali Məclis sədri partiyanın bələdiyyə seçkiləri ilə bağlı fəaliyyətin daha da yüksədilməsinə, eləcə də bu istiqamətdə ictimai fəallığın artırılmasına ehtiyac olduğunu bildirdi.