Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazisinin 20%- ni işğal etməsinə baxmayaraq, müharibənin 1994-cü ilin yazından dayandırılması və tərəflər arasında atəşkəs rejiminin bərqərar olması, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların və Azərbaycan hakimiyyətinin bu istiqamətdə yürütdüyü siyasətin nəticəsiz olması göz qabağındadır. Hakimiyyət torpaqlarımızın işğaldan azad edilməsi üçün diplomatik səylərin gücləndirmək, Milli Ordunun hərbi, texniki və maddi gücünün artırmaq, xalqın mübarizə ruhunu yüksəlmək əvəzinə, ölkədə vətəndaş cəmiyyətinə qarşı repressiyaları genişləndirməklə, seçkiləri total saxtalaşdırmaqla, korrupsiyanın həcmini artırmaqla demokratik dünyanın təpkilərinə məruz qalaraq qınaq obyektinə çevrilməsi, dövlətimizin demokratik imici ilə bağlı mənfi rəy yaratmaqla beynəlxalq aləmdən təcrid yolunu tutması Qarabağ probleminin həllində böyük problemlər yaradıb.
Təəssüf doğuran haldır ki, hakimiyyət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Qərb ölkələri ilə əməkdaşlığı gücləndirmək əvəzinə münaqişənin yaranmasında və torpaqlarımızın işğalında bir başa iştirak etmiş Rusiyaya yaxınlaşmağa və rəsmi Moskva ilə əməkdaşlığa üstünlük verir. Hansı ki, həmişə Ermənistada hərbi-siyasi dəstək verən Rusiya bu günlərdə bir daha Ermənistana uzaq vuran raketlərin alınması üçün 200 milyon dollar həcmində yardım edib.
KXCP hesab edir ki, Azərbaycan höküməti ötən müddət ərzində ən azı əldə olunan neft gəlirləri ilə Qarabağ probleminin həlli istiqamətində regionda və dünyada lazımi lobbiçilik fəaliyyəti qura bilərdi. Bu vəsaitlərin ordumuzun gücləndirilməsi, xalqın sosial- iqtisadi vəziyyətinin yaxşılaşdırılması əvəzinə səmərəsiz iri layihələrə xərclənməsi və korrupsiyaya uğraması ilə yadda qaldı.
Hakimiyyət Qarabağ savaşının şəhid ailələrinə, xəsarət almış qazilərə və digər şəxslərə dövlət qayğısı göstərmək, onlara dayaq durmaq, yaşayış şəraitini yaxşılaşdırmaq əvəzinə, bu insanlara soyuqqanlı və aşağılayıcı münasibət nümayiş etdirməklə xalqın mübarizə əzmini qırır. Bir çox hallarda həmin insanlara mənəvi psixoloji zərbələr vurur, onları iş və qazanc yerlərindən məhrum edir. Təəssüf doğuran haldır ki, son zamanlar xeyli sayda Qarabağ qazisi onlara göstərilən ədalətsiz və qeyri- insani münasibətə dözməyərək özlərinə qəsd etməklə həyatlarını itiriblər.
KXCP hesab edir ki, münaqişənin nizamlama prosesinin uzadılması atəşkəs rejiminin pozulma riskini artırmaqla yanaşı, danışıqların formatında müəyyən dəyişikliklərin zəruri və qaçılmaz olduğunu göstərir. Nizamlama prosesində yaranmış indiki ölü durumun bir səbəbi də mövcud Azərbaycan iqtidarının diplomatik passivliyi, yürütdüyü ələ baxım, qorxaq və anti milli siyasətilə bağlıdır. Əgər Azərbaycan iqtidarı zamanında lazımı addımlar atsaydı, milli manafe şəxsi və sülala manafeyinə qurban verilməsəydi, problem indiyə qədər həll olunardı. Siyasi iradəsizliyin davam etdiyi, hakimiyyətin bir ailənin və bir qrup möhtəkirin hökmranlıq alətinə çevrildiyi indiki halda isə bu yöndə hansısa bir irəliləyişə ümid etmək mümkün deyil.
KXCP hakimiyyətdən Qarabağ probleminin həlli ilə bağlı siyasi, diplomatik və hərbi səylərin artırılması, xalqın mübarizə əzminin gücləndirilməsi ilə bərabər Azərbaycan torpaqlarının erməni qoşunları tərəfindən qeyd-şərtsiz boşaldılmasına dair Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ilin yazında qəbul etdiyi 822, 853, 874, 884 saylı Qətnamələrin tələblərinin yerinə yetirilməsi üçün işğal edilmiş ərazilərimizdə anti-terror əməliyyatları keçirərək Vətənimizi erməni terrorçularından azad edilməsini tələb edir.

Hiç yorum yok :
Yorum Gönder