26 Ağustos, 2013

Mirmahmud Mirəlioğlu Dövlət Baxçalı ilə görüşüb



Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Milliyətçi Hərakat Partiyasının genel başkanı Sayın Devlət Baxçalını ziyarət edib.

MHP-nin genel mərkəzində baş tutan görüşdə ölkələrimizdə və bölgədəki durumla bağlı qarşılıqlı fikir mübadiləsi aparılmış, xüsusiylə Qafqazda, Ortadoğuda və Balkanlarda baş verən çox ciddi siyasi hadisələrin hər iki ölkəyə təsirinin ola biləcəyi bir vaxtda gercəkləşən bu ziyarətin önəmi məmuniyyətlə qeyd edilmişdir.

Görüşdə Dağlıq Qarabağın işğalının uzun illərdir davam etməsi, bununla bağlı beynəlxalq təşkilatların, dünyanın aparıcı dövlətlərinin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirilməmələridən və işğalçıı ilə işğal olunan arasında fərq qoymamalarından narahatlıqlar, nəticədə yurdundan didərgin düşmüş bir milyon qaçqının uzun müddətli ağır problemlərlə üz-üzə qalması və bütövlükdə problemlərin həlli istiqamətində nələr edilə biləcəyi müzakirə edilmişdir.

Avroasiyanın geniş bir sahəsini əhatə edən 250 milyondan çox nüfusa malik olan türk dövlətlərinin, topluluqlarının öz aralarında yarada biləcəkləri sosial, iqtisadi və mədəni əlaqələrin genişlənməsindən doğabiləcək bir “Türk Birliyi”nin ölkələrimizdə, bölgədə və həmdə dünyada barışın, ədalətin yaranmasına böyük töhvələr verə biləcəyni, bu səbəbdən Türk Milliyətçilərinin bu istiqamətdə birgə fəaliyyət göstərmələrinin önəmi müzakirələrin əsas mövzularından biri olmuşdur.

Görüşdə, Milli Azadlıq Hərakatına başçılıq edərək Azərbaycanın müstəqilliyi və demokratik dəyərlər uğrunda mücadiləyə çox önəmli töhfələr vermiş, Azərbaycanda demoratik yolla ilk prezident seçilərək Türk Milliyətçiliyi fikirini iqtidara daşıyan Əbülfəz Elçibəyin əmanətnin inanımış əllərdə olduğunu görməktən məmuniyyət ifadə edilmiş və Elçibəyin vəfatının 13-cü ildönümündə gerçəkləşən bu görüşün son dərəcə önəmli və anlamlı olması vurğulanmışdır.

Müzakirələrdə, qardaş Klassik Xalq Cəbhəsi Partiyası ilə ilişkilərin MHP üçün çox önəmli olduğu vurğulanmış, bu vaxta qədər olduğu kimi bundan sonrada partiyalar arasında münasibətlərin sağlıqlı və məhsuldar olması üçün gərəkən çalışmaların aparılması dilə gətirilmişdir.

Görüşdə MHP-dən İsmet Büyükataman, Tuğrul Türkeş, KXCP-dən Akif Hüseynov və Bəhruz Əbil iştirak etmişlər.










Hiç yorum yok :

Yorum Gönder