29 Haziran, 2013

Bu mənim taleyimdir Bakı, 1992

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Teleqraf.az-a (Teleqraf İnformasiya Agentliyi) eksklüziv müsahibə verib.

Müsahibəni diqqətinizə təqdim edirik:

R.F: Belə bir həssas dönəmdə harada idiniz? Kimi sizin ölkdən getdiyiniz, kimi Baş Mütəşəkkül Cinayətkarlığa qarşı Mübarizə İdarəsində dindirildiyinizi yazdı...

M.M: Heç yerə getməmişdim. Sırf öz işlərimlə məşğul idim. Daha doğrusu ailə üzvlərimin müayinəsilə məşğul idim. Nizamnamənin mənə verdiyi səlahiyyətlərdən istifadə edərək Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin üzvləri ilə məsləhətləşərək təşkilatı onlara, onları da Allaha tapşırıb getdim. Sentyabrın 4-də səlahiyyətlərimin Ali Məclisin sədrinə verilməsilə bağlı sərəncam imzaladım.

- Bu müddət ərzində çox ciddi hadisələr baş verdi. Prosesləri izləmək imkanınız oldumu?

- Özümü hər şeydən tamamilə kənar saxladım. Təşkilatdan mənə verilən məlumatlardan başqa heç nə ilə maraqlanmadım.

- Artıq iş başındasınız. Dünən Ali Məclisin sessiyasında iştirak etmisiniz. Yəqin bilirsiniz ki, təşkilatınızla bağlı proseslər başlayandan ta bu günə qədər mətbuatda öz aktuallığınl saxlayan bir sual var: KXCP-də nə baş verir? Odur ki, bunu sizdən soruşmaq istəyirik...

- KXCP kollegial qaydada idarə olunur. Mən məzuniyyətə çıxanda razılaşmamız oldu ki, rəhbərlikdə təmsil olunan şəxslər partiya ilə bağlı bütün işləri yerinə yetirəcəklər və mən də öz işlərimlə məşğul olacam. Sonra ortaya gözlənilməz məsələlər çıxıb. Bunların çoxunu mən bilmirəm, heç bilməək də istəmirəm. Artıq onu deyə bilərəm ki, dünəndən bizim üçün yeni bir mərhələ başlayıb. Dünən bu məsələlər Ali Məclisin sessiyasında müzakirə olundu. Sessiya qapalı keçirildi və bir sıra razılaşmalarımız, qərarlarımız, təkliflərimiz oldu. Bundan sonra da qəbul etdiyimiz qərarlara uyğun hərəkətlər edirik. KXCP-də baş verənlər Azərbaycanda heç bir təşkilatda olmayan demokraiyanın göstəricisidir. Demokratiyanı da bəziləri düzgün qəbul etmədilər.

- Sizin həbs olunacağınız, polis idarələrində dindirildiyinizə dair informasiyalar haradan qaynaqlanırdı?

- Bu məsələlər barədə də mənim elə bir geniş bilgim yoxdur. Eşitmişəm ki, belə bir şeylər yazılıb. Düşündüyüm budur ki, bu, arzuların, istəklərin mətbuatda əks olunmasıdır. Bu da sırf fürsət idi və bu fürsətdən də istifadə olundu. Bunların arxasında kimin olduğunu bilmirəm və dərinə də getmək istəmirəm. Amma araşdırsaq , hansı saytda olmasına əsaslansaq, cümlənin quruluşundan, deyilişindən bilmək olar ki, sifariş haradan gəlib.

Necə düşünürsünüz, partiyanızda baş verənlər kənarda idarə oluna bilərmi?

- Bu məsələlər kənardan körüklənir və bu olanlardan da hər kəs özünə sərf edən formada istifadə edir. Qarşıdan böyük bir yarış ili gəlir və bu yarış ilində təbii ki, rəqiblərin hətta start vəziyyətində bir-birinə qarşı istifadə edə biləcəyi məsələlər var. İndi hər kəs öz oyununu oynayır.

- Dediyiniz “hər kəs”lər sırasına Müsavat Partiyasını, AXCP-ni də aid etmək olarmı?

- Kimsənin buraya aid olmasını istəmirəm. Amma dünən bizim Ali Məclisdə iştirak etmək istəyən ayrı-ayrı partiya nümayəndələri vardı. Onları gördük. Mən onların partiyaları haqqında nəsə danışmaqdan uzağam. Yalnız KXCP-nin məsələlərilə məşğul olmağın tərəfdarıyam və bunu da həll edirik. Yarışan, əleyhimizə olan, alternativ olan, burada fırtına yaratmaq istənlərin adının çəkilməsini doğru hesab etmirəm.

Hiç yorum yok :

Yorum Gönder