08 Eylül, 2013

Klassik Xalq Cəbhəsi Partiyasının müşavirəsi başa çatdı

KXCP ümumrespublika müşavirəsi başa çatdı. Bu gün, sentyabrın 7-də Klassik Xalq Cəbhəsi Partiyası rayon şöbəsi sədrlərinin ümumrespublika müşavirəsi keçirildi. Müşavirə KXCP-nin mərkəzi qərargahında Dövlət himninin oxunması ilə başladı.Müşavirədə KXCP sədri Mirmahmud Mirəlioğlu, KXCP Ali Məslisinin sədri Bəybala Əbil, KXCP sədrinin müavinləri və müşavirləri, KXCP İdarə Heyətinin üzvləri, KXCP Mərkəzi NTK-nın üzvləri , partiyanın rayon şöbə sədrləri iştirak edir. Müşavirəni giriş sözü ilə KXCP Sədrinin təşkilati məsələlər üzrə müavini Xəzər Teyyublu açdı.

Müşavirə iştirakçıları:
  1. Seçkiyə hazırlığın vəziyyətini və 
  2. İctimai-siyasi vəziyyəti müzakirə etdilər. 
”Seçkiyə hazırlığın vəziyyəti barədə” KXCP Ali Məclisinin sədri, KXCP Seçki qərargahının rəhbəri Bəybala Əbil məlumat verdi. B.Əbil dairə seçki komissiyalarında və xüsusən də, məntəqə seçki komissiyalarında müşahidəçilərin, məşvərətçi komissiya üzvlərinin vəzifəvə səlahiyyətlərini açıqladı.“İctimai-siyasi vəziyyət” haqqında Partiyanın sədri Mirmahmud Mirəlioğlu məruzə etdi. Məruzəçi qeyd etdi ki, KXCP Ali Məclisi yanvar ayının 26-da prezident seçkilərində özünün namizədi ilə iştirak barədə qərar qəbul etmişdi.Biz ümummilli mənafe naminə, Milli Şuranın üzvü olaraq öz namizədliyimizi geri götürdük. M.Mirəlioğlu əsas diqqəti qarşıdakı seçkilərdə Milli Şuranın namizədi Cəmil Həsənlinin qələbəsi üçün görülən və görülməli olan işlərə yönəltdi. Daha sonra M.Mirəlioğlu Türkiyəyə səfərinin yekunlarından, Türkiyə MHP-nin lideri Dövlət Baxçalı ilə görüşlərdən danışdı. MHP ilə KXCP arasında əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini xüsusi qeyd etdi.

Sonra məruzələr ətrafinda müzakirələr oldu. Müzakirələrdə KXCP sədrinin müşaviri Akif Hüseynov, KXCP sədrinin təşkilati məsələlər üzrə müavini Xəzər Teyyublu, rayon şöbələrinin təmsilçilərindən Azad Şəfiyev, Ceyhun Səfərov,Faiq Cəfərli, Nadir Daşdəmirli, Yaqub Babalı,Nemət Kərimov,Nisəxanım Vəliyeva, Əliheydər Cəfərov, Adil Mikayıllı, Məhəmməd Məmmədli, Əli Bəşirli, Şakir Məmmədov, Babək Rəhimov, Elşən Həşimov, Hüseyn Vəlişov, Teyyub Əzizov, Valeh Abdullayev,Çingiz Həsənli, Heybət Səfərli, Akif Adiloğlu çıxış etdilər. Axırda KXCP sədri M.Mirəlioğlu müşavirəyə yekun vurdu. KXCP ümumrüspublika müşavirəsi seçkinin növbəti mərhələlərində iştirakla bağlı rayon şöbələrinə tapşırıqlar verdi.

Hiç yorum yok :

Yorum Gönderme