29 Eylül, 2014

KXCP Ali Məclisinin növbəti sessiyası, 28 Sentyabr 2014

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.
Sessiya Azərbaycan Respublikasının dövlət himni və şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb. Sessiyanın gündəliyində qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət və ölkədə vətəndaş cəmiyyəti və insan haqlarının vəziyyəti ilə bağlı məsələlərdaxil edilib.

KXCP Ali Məclisin sessiyası rayon (şəhər) şöbə sədrlərinin iştirakı ilə keçirlib.

Sessiyada Ali Məclisin sədri Bəybala Əbil çıxış edərək qəbul edilən qərarların icra vəziyyəti barədə məlumat verib. O, Klassik Xalq Cəbhəsi Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərində iştirakıyla bağlı partiyanın gördüyü işlər barədə danışdı. Seçkilərə hazırlıqla bağlı partiyanın rayon (şəhər) şöbələrindən Mərkəzi Seçki Qərargahına daxil olan ümumi vəziyyətlə bağlı müvafiq arayışı Məclis üzvlərinə təqdim etdi. Bəybala Əbil bildirdi ki, ötən müddət ərzində bələdiyyə seçkiləri ilə bağlı KXCP rayon (şəhər) şöbələrində müavafiq yığıncaqlar keçirilib. Ali Məclis sədri partiyanın bələdiyyə seçkiləri ilə bağlı fəaliyyətin daha da yüksədilməsinə, eləcə də bu istiqamətdə ictimai fəallığın artırılmasına ehtiyac olduğunu bildirdi.

Ali Məclisin sessiyasında ictimai siyasi vəziyyət haqqında KXCP sədri Mirmahmud Mirəlioğlu geniş məruzə ilə çıxış edib. O, çıxışında vətəndaş cəmiyyəti fəallarına qarşı olan təzyiqlərdən danışaraq bir sıra partiyaların bu istiqamətdə Demokratiya və İnsan Haqları Mərkəzinin təsis edilməsini 2014- cü ilin ən mühüm hadisələrindən biri olduğunu bildirdi. Azərbaycanda vətəndaş cəmiyyətinə olan basqılarla bağlı bu yaxınlarda nüfuzlu təşkilatların, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi məlum qətnamənı obyektiv sənəd adlandıran KXCP sədri bildirdi ki, həm partiya, həm də yeni yaradılan Demokratiya və İnsan Haqları Mərkəzi olaraq repressiyaların durdurulması və həbsdə olan bütün siyasi məhbusların azadlığa çıxması istiqamətində fəaliyyətin davamlı olacaq.

Sessiyada KXCP sədrinin müavini Xəzər Teyyublu, Azad Şəfiyev, Məhəmməd Məmmədov, Yaqub Babalı, Babək Rəhimov, Loğman Abdullayev, Hacı Faiq, Əlisa Həsənov, Elçin İbrahimli və digərləri çıxış edərək ölkədəki ictimai- siyasi vəziyyət və partiyanın bələdiyyə seçkilərinə hazırlığı ilə bağlı danışdılar.

Sessiyada çıxış edən KXCP sədr müavini Oqtay Gülalıyev vətəndaş cəmiyyətinə qarşı yönəlmiş repressiyalarla, Ali Məclisin sədr müavini Aytəkin İmranlı isə hakimiyyətin şəxsi həyatı sərt tənzimləmə cəhdlərinə etirazla bağlı hazırladığı sənədi Ali Məclis üzvlərinə təqdim etdi. Hər iki sənəd müəyyən əlavə və düzəlişlərlə qəbul edildi.

Sessiyada KXCP- nin bələdiyyə seçkilərində iştirakla bağlı Arayışın nəzərə alınması və seçkilərə hazırlıq işlərinin gücləndirilməsi barədə qərar qəbul olunub. Eyni zamanda hakimiyyətdən tələb olunub ki, Seçki Məcəlləsinin təkmilləşməsi, seçki komissiyalarının ədalətli şəkildə formalaşması ilə təxirə salınmaz tədbirlər həyata keçirilsin.

Sessiyada vətəndaş cəmiyyətinə qarşı yönəlmiş repressiyaların pislənilməsi və durdurulması, hakimiyyətin şəxsi həyatı sərt tənzimləmə cəhdlərinə etirazla bağlı sənəd qəbul edilib.
Sessiyada bələdiyyə seçkiləri ilə bağlı müraciət qəbul lonub, hakimiyyətin Rusiya meylli siyasəti nəticəsində yaranan təhlükə ilə bağlı bəyanat qəbul edilməsin KXCP İdarə Heyətinə tapşırılıb.

Hiç yorum yok :

Yorum Gönderme