02 Eylül, 2014

İdarə Heyətinin növbəti toplantısı, 02 Sentyabr 2014

İclasda qərarların icra vəziyyəti qiymətləndirilmiş, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi.

Yığıncaq partiya orqanlarının həftə ərzində gördüyü işlər qiymətləndirilmiş, bələdiyyə seçkilərinə hazırlıq dəyərləndirilmiş, vətəndaş cəmiyyətinə qarşı repressiyaların davam etdirilməsinin ciddi problemlər yaratdığı qeyd edilmiş, ölkədə və regionda narahatlıqlar doğuran digər məsələlər müzakirə edilmişdir.

KXCP İdarə Heyəti vətəndaş cəmiyyətinə qarşı repressiyaların durdurması, vicdan dustaqlarının və siyasi dustaqların azad edilməsi istiqamətində partiyaların və vətəndaş cəmiyyəti üzvlərinin göstərdiyi birgə fəaliyyəti məqsədəuyğun hesab etmişdir.


Yığıncaqda Ukrayna xalqının müqavimətinə və beynəlxalq ictimaiyyətin təpkilərinə baxmayaraq Rusiya tərəfindən Ukraynaya qarşı təcavüzün davam edilməsi, artıq müharibənin daha geniş əraziləri əhatə etməsi təhlükəsi və Rusiyanın hakim dairələrinin dünyanı nüvə silahı ilə təhdid etməsi ilə yaranan daha böyük təhlükələr müzakirə edilmiş, bu təhlükənin qarşısının alınması üçün dünyanın bütün tərəqqipərvər qüvvələrinin səylərinin birləşdirməsinin zəruriliyi qeyd edilmişdir.

Regionda yaranmış təhlükəli vəziyyət, erməni işğalçılarının hər gün atəşkəsi pozaraq müharibə təhlükəsi yaratdığı bir zamanda, rüşvət və korrupsiyaya, məmur özbaşnalığına son qoymaqla xalqı baş verə biləcək təhlükələrə qarşı toparlamaq əvəzinə, hakimiyyətin siyasi təşkilatlara, media nümayəndələrinə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyaları artırması cəmiyyətin xaosa sürüklənməsi ilə nəticələnə biləcəyi göstərilmişdir.

Daxili İşlər nazirinin iddiası ilə tanınmış incəsənət xadimi Eldəniz Quliyevin məhkəməyə verilməsi, jurnalist Seymur Həzinin müxtəlif bəhanələrlə həbs edilməsi, KXCP sədrinin müavini Oqtay Gülalıyevin zərərçəkən azyaşlı oğlu Əli Gülalıyevə qarşı “cinayətkar” qismində məhkəmə işinin davam etdirilməsi göstərir ki, hakimiyyət total qanunsuzluqları üzə çıxaranlara, avtoritar rejimi tənqid edənlərə, müxalif fikir söyləyənlərə, fərqli düşünənlərə qarşı apardığı repressiyaları daha ciddi və qərarlı şəkildə davam etdirir. KXCP hakimiyyəti daxildə “düşmən” axtarışını durdurmağa, bütün qüvvələri hər an baş verə biləcək xarici təcavüzə qarşı konsolidasiya etməyə çağırır, əsassız həbslərə son qaymağı, vicdan dustaqlarını və siyasi dustaqları bir an gözləmədən azadlığa buraxmağı tələb edir.

Hiç yorum yok :

Yorum Gönder