09 Eylül, 2014

İdarə Heyətinin növbəti toplantısı, 09 Sentyabr 2014

İclasda qərarların icra vəziyyəti qiymətləndirilmiş, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi.

Yığıncaq partiya orqanlarının həftə ərzində gördüyü işlər qiymətləndirilmiş, bələdiyyə seçkilərinə hazırlıq dəyərləndirilmiş, vətəndaş cəmiyyətinə qarşı repressiyaların davam etdirilməsinin ciddi problemlər yaratdığı qeyd edilmiş, ölkədə və regionda narahatlıqlar doğuran digər məsələlər müzakirə edilmişdir.

KXCP İdarə Heyəti vətəndaş cəmiyyətinə qarşı repressiyaların durdurulması, vicdan dustaqlarının və siyasi dustaqların azad edilməsi istiqamətində partiyaların və vətəndaş cəmiyyəti üzvlərinin göstərdiyi birgə fəaliyyəti məqsədəuyğun hesab etmişdir.


Regionda artan təhlükəli vəziyyət cəmiyyətin toparlanmasını zərurətə çevirdiyi bir vaxtda hakimiyyət orqanlarının siyasi təşkilatlara, media nümayəndələrinə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyaları artıraraq qarşıdurma yaratmaqdan çəkinməməsi, həbslərin, məhkəmələrin, çeşidli repressiyaların davam etdirdiyi qeyd edilmişdir.

Repressiyaların növbəti qurbanı Nəqliyyat departamentinin əməkdaşları tərəfindən şərlənən KXCP Ali Məclisinin üzvü, kanal13 tv-nin əməkdaşı Vüqar İsmayılova artıq məhkəmə tərəfindən 4 il həbs cəzası verilib. V.İsmayılovun günahı isə nəqliyyat departamenti əməkdaşlarının qanunsuz hərəkətlərini ifşa etməsi olub. KXCP hakimiyyət orqanlarından vətəndaşlara qarşı qanunsuz hərəkətlərə son qoymağı, repressiyaları durdurmağı, Vüqar İsmayılovun tezliklə azad edilməsini tələb edir.

KXCP İdarə Heyəti Bakı İstintaq Təcridxanasında saxlanılan vicdan məhbusu İntiqam Əliyev və digərlərinə qarşı edilən qanunsuz hərəkətlərin ictimaiyyətdə çox ciddi narahatlıqlar yaratdığını qeyd etmiş, hakimiyyət orqanlarından vətəndaşlara qarşı edilən hər cür qanunsuzluqlara son qoyulmasını tələb etmişdir.

KXCP İdarə Heyəti Ali Məclisin növbəti sessiyasına kimi bələdiyyə seçkilərinə hazırlıqla bağlı Təşkilat şöbəsinin arayış hazırlamasını məqsədəuyğun hesab etmiş, Bakının erməni-bolşevik işğalından azad edilməsinin 96-cı ildönümünün qeyd edilməsini, SPDİH Mərkəzinin təşkil etdiyi “Siyasi partiya, QHT, media, gənclik hərəkatı nümayəndələrin və beynəlxalq təşkilatların iştirakı ilə Azərbaycanda demokratiyanın vəziyyəti mövzusunda ümumrespublika konfransın”da və müxalif təşkilatların digər tədbirlərində fəal iştirak etməyi tövsiyə etmişdir.

Hiç yorum yok :

Yorum Gönderme