İclasda qərarların icra vəziyyəti qiymətləndirilmiş, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi.
Yığıncaq partiya orqanlarının həftə ərzində gördüyü işlər qiymətləndirilmiş, bələdiyyə seçkilərinə hazırlıq dəyərləndirilmiş, vətəndaş cəmiyyətinə qarşı repressiyaların davam etdirilməsi ciddi problemlər yaratdığı bir daha qeyd edilmiş, ölkədə və regionda narahatlıqlar doğuran digər məsələlər müzakirə edilmişdir.
Yığıncaqda partiya sədri Mirmahmud Mirəlioğlunun KXCP-nin siyası partiyalarla münasibəti və birliklərdəki fəaliyyəti haqqında məlumatı dinlənilmiş və dəyərləndirilmişdir.
KXCP İdarə Heyəti Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin təşkil etdiyi “Siyasi partiya, QHT, media, gənclik hərəkatı nümayəndələrinin və beynəlxalq təşkilatların iştirakı ilə Azərbaycanda demokratiyanın vəziyyəti mövzusunda keçirilmiş ümumrespublika konfransı”nı dəyərləndirmiş və SPDİHM-in siyasi qüvvələrin təmərküzləşməsi, cəmiyyətin fəallaşması istiqamətində apardığı fəaliyyəti müsbət hal kimi qiymətləndirilmişdir.
Yığıncaqda KXCP üzvləri tərəfindən Azərbaycanın görkəmli ictimai xadimi doktor Cavad Heyyətin vəfatı ilə əlaqədar keçirilən mərasim münasibəti ilə ikinci Fəxri Xiyabandakı məzarının ziyarət edilməsi və KXCP Ali Məclisinin ötən il vəfat etmiş üzvü Əli Abdullayevin Gədəbəydə keçirilmiş il məclisində iştirakla bağlı məlumatlar verilmişdir.
KXCP İdarə Heyəti bələdiyyə seçkilərinə hazırlıqla bağlı KXCP sədrinin seçkilər üzrə müşavirlərinin hazırladıqları arayışlar müzakirə edilmiş və tövsiyələr vermişdir.
KXCP Ali Məclisinin 28 sentyabr saat 11.00-da çağırılmış növbəti sessiyasına hazırlıq müzakirə edilmiş, sessiyanın gündəliyinə təklif olunan əsas məsələlər: bələdiyyə seçkilərinə hazırlıq, vətəndaş cəmiyyətinin durumu, insan haqlarının vəziyyəti ilə bağlı layihələyər müzakirə edilmişdir.
Yığıncaqda KXCP sədrinin müavini Oqtay Ğülaliyevin həddi-buluğa çatmamış oğlu Əli Gülalıyevin məhkəməsi haqqında məlumat dinlənilmiş, məhkəmə işinin nəzarətdə saxlanılması, yeniyetmənin hüquqlarının müdafiə olunması üçün görüləcək zəruri işlər məsləhətləşilmişdir.
Kaydol:
Kayıt Yorumları
(
Atom
)
Hiç yorum yok :
Yorum Gönder