- Dəyirmi Masa iştirakçıları Avropa Parlamentinin Azərbaycanda demokratiyanın və insan haqlarının vəziyyətinə dair sentyabr 2014- cü il tarixli Qətnaməsini müzakirə edərək qeyd edir ki, həmin sənəddə Azərbaycanda əsas insan hüquq və azadlıqlarına əməl olunması sahəsində vəziyy in təsviri və faktiki halları real situasiyaya adekvatdır və gerçəkliyi əks etdirir.
- Qətnamənin tövsiyələrinə gəldikdə isə onlar Azərbaycanın demokratik ictimaiyyəətinin, o cümlədən siyasi müxalifətin irəli sürdüyü tələblərlə səsləşir. DM iştirakçıları Azərbaycan hakimiyyətindən tələb edir ki, ölkənin strateji maraqlarını nəzərə alaraq həmin tövsiyələrə diqqətlə yanaşsın, ilk növbədə siyasi və vicdan məhbuslarını dərhal və qeydsiz – şərtsiz azad etsin. Bu zaman Dəyirmi Masa İştirakçıları diqqəti ona cəlb edirlər ki, analoyoi məzmunlu tələb və tövsiyələr Azərbaycanın müqavilə öhdəlikləri ilə bağlı olduğu ATƏT, AŞ, AHİM, BMT- nin İnsan Haqları Komissiyası, habelə svilizasiyalı xalq və cəmiyyətlərdə böyük nüfuza malik hüquq müdafiə təşkilatları – Amnesty İnternational, Human Rights Watch, Freedom House və digərləri tərəfindən də qəbul edilib.
- DM iştirakçıları Beynəlxalq qurum və təşkilatların, bölgə problemlərinə ciddi təsir imkanları olan dövlətlərin demokratiyanın və insan hüquqlarının müdafiəsinə aid çağrış və tövsiyələrinin görməzlikdən və eşitməzlikdən gəlinməsini milli təhlükəsizliyimiz baxımından yanlış hesab edir. Belə çağrış, tələb və tövsiyələrin birmənalı şəkildə daxili işlərə qarışmaq kimi dəyərləndirilməsi, Azərbaycana düşmən qüvvələrin səylərinin nəticəsi kimi qələmə verilməsi problemin həlli olmayıb dövlətimizi təcrid vəziyyətinə aparıb çıxara bilər ki, məhz bu Azərbaycana dost olmayan dairələrin əsas hədəflərindəndir.
- Dəyirmi Masa İştirakçıları Avropa ittifaqı ilə Assosasiya sazişinin tezliklə imzalanması və bunun üçün tələb edilən islahatlaın aparılması istiqamətində addımlar atılmasını zəruri hesab edir.
- Avrointeqrasiya naminə ümummilli hərəkatın yaradılması təklifinin müzakirəyə çıxarılması lazım bilinir.
16 Ekim, 2014
Demokratiya və İnsan Haqları Mərkəzinin Bəyanatı
Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin Avropa Parlamentinin “Azərbaycanda demokratiyanın və insan haqlarının vəziyyəti” Qətnaməsi mövzusunda təşkil etdiyi Dəyirmi Masanın Bəyanatı:
Kaydol:
Kayıt Yorumları
(
Atom
)
Hiç yorum yok :
Yorum Gönder