03 Ekim, 2014

KXCP sədri Mirmahmud Mirəlioğlunun Qurban Bayramı təbriki

KXCP sədri Mirmahmud Mirəlioğlu
Əziz həmvətənlər, dəyərli müsəlmanlar.

Müqəddəs Qurban Bayramı münasibəti ilə sizləri – bütün müsəlman bacı və qardaşlarımızı, əziz xalqımızı təbrik edirəm.

Müqəddəs Qurban Bayramına zaman-zaman yasaqlar qoyulsa da, onu xalqımızın yaddaşından silmək mümkün olmamışdır. Əsrlərlə davam edən bu bayram müsəlmanların böyük və uca yaradan qarşısında müqəddəs borclarını yerinə yetirmələrinin və öz tarixi ənənələrinə sadiqliklərinin gözəl nümunəsidir.

Çox təəssüflər olsun ki, Qurban Bayramını bütöv Azərbaycanın torpaqlarında birlikdə qeyd etmək bizlərə hələdə nəsib olmur. İnanırıq , indiki çətinliklər dövründə qeyd etdiyimiz bu müqəddəs gündə Tanrıya edəcəyimiz dualar vətənimizin bütövləşməsi, millətimizin birliyi, dövlətimizin güclənməsi, xalqımızın firavanlığı, vətəndaşlarımızın azad və demokratik cəmiyyətdə yaşaması üçün yardımçı olacaqdır! İnanıram ki, xalqımızın iradəsi ilə bu müqəddəs bayramın bütöv Azərbaycan ərazilərində qeyd olunacağı gün çoxda uzaqda deyil. Bu inancla Müqəddəs Qurban Bayramı münasibəti ilə Sizləri bir daha təbrik edir, dualarınızın və qurbanlarınızın qəbul olması üçün Uca Tanrıya dua edirəm.

Allah yardımçınız olsun!

Hiç yorum yok :

Yorum Gönderme