Ölkədə azad, şəffaf və ədalətliseçkilərin keçirilməməsi yerli idarəetmə orqanlarının normal formalaşmasınaimkan vermir. Ölkəmizdəki bu vaxta kimi bütün bələdiyyə seçkiləri kütləviqanunsuzluqlarla keçirildiyindən bələdiyyələr icra hakimiyyətlərinin maraqlarıəsasında formalaşır.
Seçkilər bütün mərhələlər üzrə kobud qanunpozuntuları şəraitində, qeyri demokratik mühitdə keçirilir. Demokratiktələblərdən uzaq seçki qanunvericiliyi,qanun pozuntuları ilə formalaşdırılmış seçki əraziləri, hakimiyyətin tam nəzarətində olan seçkikomissiyaları, gerçəklikdən çox uzaq seçici siyahıları və qeyri-demokratikseçkiqabağı mühit şəraitində namizədlərin verilməsi və qeydə alınması kütləviqanun pozuntuları müşahidə edilməklə reallaşdı.
Seçkidəiştirak etmək istəyənlərə qarşı müxtəlif əngəllər yaradılması, çeşidli təzyiqlər göstərilməsi kütləvi hal almışdı. Süründürməçilik, şirnikləşdirmə, bezdirmək, xahiş etmək, qorxuzmaq kimi üsullarla passiv seçkihüququndan istifadə etmək istəyənlərə, onların ailə üzvlərinə və yaxınlarına təzyiqlər edilərək bir çox vətəndaşların namizədliklərinin qarşısı alınmışdır.Bu məqsədlə seçki komissiyaları, icra hakimiyyətləri sturukturları, polis vədigər dövlət orqanları tərəfindən vətəndaşlara təzyiqlər edilmiş; onlara ailəüzvləri, yaxın adamları, din yetkililəri və nüfizlu adamlar vasitəsiylə müxtəlif təsir üsulları ilə namizədliklərinin qarşısı alınmış, namizədlikləbağlı bldirişin geri qaytarılmasına, namizədliklərinin geri götürmələrinəməcbur edilmiş, seçki sənədlərində partiyalıqlarını göstərməmələri kimimüxtəlif qeyri-qanuni tələblər həyata keçirilmişdir. DSK-lar seçki sənədlərininvaxtında verməməklə, DSK rəhbərlərinin iş yerlərində olmamaları, telefonlaracavab verməmələri, namizədliklə bağlı seçki sənədlərini icra hakimiyyətlərinə göndərərək “icra hakimiyyətindən razılıq alınmalıdır” kimi qanunsuz tələblərlə birçox vətəndaşın namizədliklərinin qarşısını almışlar.
Seçkiqabağıtəşviqat mərhələsi qanun pozuntuları şəraitində başa çatmış, demək olar ki,seçki dairələrinin əksəriyyətində qeydiyyatdan keçmiş namizədlərin seçicilərləgörüşməsinə şərati yaradılmamış, əksinə görüşlər keçiriləcək yerlər təyinedilməmiş, bəzi hallarda görüş keçiriləcək yerərin qapıları seçicilərin üzünəqapadılmış və ya DSK-lar görüşlə bağlı müraciətlərə cavab verməmişlər.
Ölkədəseçkiqabağı mühütdən əsər-əlamət yoxdur. İctimaiyyətin geniş kütləsi bələdiyyəseçkilərindən xəbərsizdir. Hətta, yerli idarəetmə ilə müqayisədə cəmiyyətimiz üçünheç bir əhəmiyyətə malik olamayan, əksinə böyük problemlər içərisində çabalayanölkəmizə astranomik vahidlərlə ölçülən maliyyə vəsaitinə başa gələn “2015-ci ilAvropa oyunları”na qalan vaxtı ən kiçik zaman vahidinə qədər reklam edənhakimiyyət, görüntü xarakterli bəzi tədbirlərkeçirsə də, bələdiyyə seçkilərini mümkün vasitələrlə ictimaiyyətin genişkütləsindən gizli saxlamağa çalışır.
KXCP bugünə kimi baş verən kütləvi qanunsuzluqları hakimiyyətin bələdiyyə seçkilərinintotal saxtalaşdırılmasına hazırlıq kimi qiymətləndirərək:
- hakimiyyətorqanlarından bələdiyyə seçkilərində baş verən kütləvi qanun pozuntularına sonqoymağı, qanun pozan vəzifəli şəxsləri məsuliyyətə cəlb edilməsini və seçkigünü demokratik seçki şəraitinin yaradılmasınl tələb edir;
- siyasi partiyaları, vətəndaş cəmiyyətini,ziyalıları, gəncləri, qadınları, cəmiyyətin bütün təbəqələrini seçkilərdə yüksəkfəallıq göstərərək baş verəcək saxtakarlıqların qarşısını almaq üçün fədakarlıqgöstərməyə çağırır;
- beynəlxalq təşkilatlardan, demokratikdünyadan nəhayət Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün mümkünolan vasitələrdən istifadə etməyə çağırır.
Hiç yorum yok :
Yorum Gönder