09 Aralık, 2014

KXCP-nin araşdırmaçı-jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı bəyanatı

Hakimiyyətin, ölkədə baş verən korrupsiyaya son qoymaq, vətəndaşların hüquqlarını müdafiə etmək əvəzinə, korrupsiya araşdırmaçısı, jurnalist Xədicə İsmayılı doğurdana da, Azərbaycana məxsus analoqu olmayan üsulla həbs etməsi cəmiyyətdə böyük narahatlıq yaratmış və beynəlxalq aləmdə çox ciddi əks-səda doğurmuşdur. Cəsarətli fəaliyyəti ilə hakimiyyətin insan haqlarına zidd, milli-mənəvi dəyərlərdən uzaq basqılarını nəticəsiz qoymaqla, hal-hazırda həbsdə olan vicdan məhbuslarına qarşı haqsız olaraq tətbiq edilən “qanunsuz sahibkarlıq”, “vergidən yayınma”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” kimi Cinayət Məcəlləsinin ənənəvi “növbətçi” maddələrindən və “qrant”, “erməniyə işləmək” kimi absurd bəhanələrdən istifadə etməyə imkan verməyən Xədicə İsmayıl çarəsiz hakimiyyəti psixi xəstəxananın passientinə möhtac qoymuşdur. Xədicə İsmayılın dirənişinin qarşısında korrupsioner-rüşvətxor rejimdən bəhrələnən yüksək çinli məmurlar dəstəsi və onların əlaltıları hakimiyyət üçün yararsız vəziyyətə düşmüş, çıxılmaz vəziyyətdə olan hüquq-mühafizə orqanları isə onun həbsi üçün ağlabatan səbəb tapa bilmədi. Dünya ölkələri içərisində intiharlar səviyyəsinə görə “layiqli” yer tutmağımıza baxmayaraq hələdə ehtiyac içərisindəki insanları intihara təhrik edən bircə məmur belə cəzalanmayıb. Əksinə, insan haqlarının güzəştsiz müdafiəçisi, tanınmış korrupsiya araşdırmaçısı, “Azadlıq” radiosunun işgüzar əməkdaşı, jurnalist fəaliyyəti ilə dünyada tanınan Xədicə İsmayılın həbsi ilə ölkədə günü-gündən sayları azalan azad söz carçıları müvəqqətidə olsa növbəti itkiyə məruz qaldı. Bu isə dövlətimizə və hakimiyyətə başucalığı gətirmir. Əksinə bu cür analoqsuz həbslərlə cəmiyyət ümidsizləşir və nəticə etibarı ilə radikallaşır. Hakimiyyət bu acı həqiqəti düzgün qiymətləndirməli, vətəndaş hüquqlarını qorumalı, beynəlxalq təşkilatlar qarşısında üzərinə düşən öhdəlikləri yerinə yetirməli və bir an gözləmədən Xədicə İsmayılı və digər vicdan məhbuslarını azad etməlidir.

Hiç yorum yok :

Yorum Gönder