Bu gün KXCP İdarə Heyətinin toplantısı keçirilib.
İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, KXCP Ali Məclis sessiyasının nəticələri müzakirə edililib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib.
Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqında məlumat verilib.
KXCP Ali Məclisin son sessiyasında qəbul edilmiş qərarların icrası ilə bağlı müzakirələr aparılıb və əlaqədar orqanlara uyğun tapşırıqlar verilib.
Yığıncaqda iyun ayında Elçibəylə bağlı çoxsaylı tədbirlərin keçirilməsi, mediyada geniş informasiyaların yayılması, gənclərin Elçibəy irsinə daha böyük maraq göstərməsi müsbət qiymətləndirlmiş, bu istiqmətdə fədakarlıq göstərən gənclərin, KXCP üzvlərinin fəaliyyətləri yüksək qiymətləndirilib.
Yığıncaqda Qarabağ probleminin son durumu və sosial-iqtisadi durumla bağlı bəyanatlar qəbul edilib.
Hiç yorum yok :
Yorum Gönder