Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sessiyası keçirilib. Sessiyadan öncə partiyanın Ali Məclis üzvləri, şöbə sədrləri və fəallar Türklük günü münasibəti ilə Fəxri Xiiyabanda Əbülfəz Elçibyin məzarını ziyarət ediblər. Ali Məclisinin sessiyası Azərbaycan Respublikasının dövlət himni və şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb. Sessiyada qərarların icra vəziyyəti haqqında məlumat verilib, təşkilati məsələyə baxılıb, Türklük günü və ictimai-siyasi vəziyyətlə bağlı müzakirələr aparılıb. Gülağa Adgözəlov Ali Məclisinin katibi seçilib.
KXCP sədinin müavini Aydın Mədətoğlu Türklük günü və onun qeyd olunması ilə bağlı çıxış edib. Türk millətinin tarixdəki rolu, bu günki vəziyyəti, Türklük gününün ideoloji əsasları və qeyd olunmasının səbəbləri barəsində məlumat verib. Elçibəyin Türk kimlyinin tarixi haqqının bərpa edilməsində, Türk birliyinin yaradılması istiqamətində yorulmadan mübarizəsindən və Azərbaycan Respublikasında Türk dilinin dövlət dili kimi rəsmləşdirməsi haqqındakı fəaliyyəti haqqında geniş çıxış edib.
Ali Məclis sədri Bəybala Əbil ictimai siyasi vəziyyətlə bağlı çıxış edərək Qarabağ problemində son durum, sosial-iqtisadi vəziyyət haqqında məlumat vermiş, ölkədə bütün sahələr üzrə dərin böhran vəziyyətinin yarandığını qeyd edtmişdir. Böhran təkcə maliyyə və iqtisadiyyatı deyil vergi-gömrük sistemini, təhsili, səhiyyəni, hüquq-mühavizə sistemini, xarici siyasəti əhatə etdiyini, insan haqlarının kütləvi şəkildə pozulmasını, büövlükdə idarəetmənin iflic vəziyətə salınması və bu prosesin dəhşətli şəkildə dərinləşməsini qeyd etmişdir. Hakimiyyətin böhranın qarşısını almaq üçün heç bir imkana və proqrama malik olmaması, sadəcə görüntü xarakteri addımlar atması isə cəmiyyətdə ümidsizlik və xaosun yaranmasına səbəb olduğunu qeyd etmişdir. Hakimiyyət orqanlarının gerçək vəziyyəti qiymətləndirə bilməməsi isə vəziyyəti hər gün dahada gərginləşdirərək çıxılmaz halın yarandığını qeyd etmiş, yalnız xalqa söykənən siyasətlə vəziyyətdən çıxmağın mümkünlüyünü xatırlatmış, bunun üçündə siyasi təşkilatların, o cümlədən KXCP-nin təşkilatlanması və üzvlərimizin yerlərdə fəallığının artırılması, xalqın bütün təbəqələri ilə əlaqələrin yaradılması istiqamətində fəaliyyət göstərmələrinin zəruriliyini vurğulamışdır.
Sessiya iştirakçılarından Oqtay Güləliyev, Xəzər Teyyublu, Şükür İzzətoğlu, Loğman Abdullayev, İlham Hüseynli və başqaları çıxışlar edərək təkliflər vermişlər. Müzakirələrin sonunda uyğun qərarlar, Türklük günü ilə bağlı Müraciət, Qarabağ probleminin son durumu və sosial-iqtisadi durumla bağlı bəyanatlar qəbul edilmişdir.
Hiç yorum yok :
Yorum Gönder