01 Ağustos, 2015

KXCP III Qurultayının Güney Azərbaycan Türkləri ilə bağlı Dünya İctimaiyyətinə müraciət


KXCP III Qurultayı - Dünya İctimaiyyətinə bildirir ki, 40 milyonluq Güney Azərbaycan Türkü:
  • Yaşadığı ərazilərdə öz milli sərvətinə sahib şıxmaq və bu sərvətdən özü yararlanmaq istəyir; 
  • Hüquqlarını məhdudlaşdıranlara qarşı müqavimət göstərərək, onlara qarşı mübarizə aparır; 
  • Öz ana dilində oxumaq, yazmaq istəyir; 
  • Öz tarixini, öz ədəbiyyatını, öz musiqisini, öz mədəniyyətini öz dilində öyrənmək, öyrətmək, yaşatmaq, inkişaf etdirmək istəyir; 
  • Din, vicdan, inanc və düşüncə azadlığı istəyir; 
  • Siyasi təşkilat yaratmaq və sərbəst toplaşmaq azadlığı istəyir; 
  • Öz-özünü idarə etmək və öz müqəddaratını özü təyin etmək istəyir; 
  • Bütöv Azərbaycan Dövləti yaradıb vahid bir xalq kimi yaşamaq istəyir.

 Bütün bunların demokratik tələblərə və BMT nizamnaməsinə tam uyğun olduğunu nəzərə alaraq KXCP III Qurultayı - Dünya İctimaiyyətini Güney Azərbaycan Türklərinin bu istəklərinin yerinə yetirilməsinə hər cür yardım göstərməsini xahiş edir.

01 avqust 2015-ci il, Bakı şəhəri

Hiç yorum yok :

Yorum Gönder