İclasda qərarların icra vəziyyəti dəyərləndirilmiş, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi.
Yığıncaq partiya orqanlarının həftə ərzində gördüyü işləri qiymətləndirilmiş, bələdiyyə seçkiləri, vətəndaş cəmiyyətinin vəziyyəti və cari məsələlər müzakirə edilmişdir.
Yığıncaqda bələdiyyə seçkiləri ilə bağlı məlumatlar dinlənilmişdir. Şamaxı, Ağsu, Gədəbəy və digər bəzi rayonlarda, Sumqayıt şəhərində KXCP üzvlərinin bələdiyyəyə namizədliklərinin verilməsi zamanı Dairə Seçki Komissiyaları tərəfindən müxtəlif bəhanələrlə əngəllərin törədilməsi, seçkidə iştirak etmək istəyənlərə müxtəlif təzyiqlərin göstərilməsi halları haqqında məlumatlar dinlənilmişdir. Belə faktlar ciddi narahatlıq yaratdığı qeyd edilmiş və baş verən bu cür qanun pozuntuları hakimiyyətin bələdiyyə seçkilərini də, bu vaxta kimi həyata keçirdikləri “seçki ənənələrinə” uyğun (kütləvi qanun pozuntuları şəraitində və total saxtakarlıqla) keçirəcəyinin əlamətləri kimi qiymətləndirilmişdir. KXCP rayon (şəhər) şöbələrinə seçki ilə baş verən bütün qanun pozuntularının, seçkidə iştirak etmək istəyənlərə edilən təzyiqlər,əngəllərlə bağlı baş verən faktların toplanaraq Seçki Məcəlləsinə uyğun seçki komissiyalarına, əlaqədar orqanlara müraciət edilməsi və partiya sədrinin seçkilər üzrə zona müşavirlərinə, partiyanın təşkilat şöbəsinə, Mərkəzi Seçki Qərargahına məlumat verilməsi tapşırılmışdır. KXCP rayon (şəhər) şöbələrinə namizədlərin verilməsi prosesinin tezliklə başa çatdırmaları və seçkilərin digər mərhələləri üzrə hazırlıq işlərinin aparılması tövsiyə olunmuşdur.
Yığıncaqda Dirçəliş Günü münasibəti ilə 17 noyabr saat 12.00-da KXCP üzvlərinin Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət etməsi qərara alınmışdır.
Hiç yorum yok :
Yorum Gönder