İclasda qərarların icra vəziyyəti dəyərləndirilmiş, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi.
Yığıncaq partiya orqanlarının həftə ərzində gördüyü işləri qiymətləndirilmiş, bələdiyyə seçkiləri, vətəndaş cəmiyyətinin vəziyyəti və cari məsələlər müzakirə edilmişdir.
Bələdiyyə seçkilərinə hazırlıqla bağlı Mərkəzi Seçkin Qərargahının (MSQ) sədri Bəybala Əbilin məlumatı dinlənilmiş, MSQ-nın təlimatına uyğun bələdiyyələr namizədlərin verilməsi, şöbələrin seçki qərargahlarının zəruri sənədlərlə vaxtında təmin edilməsi və digər məsələlər müzakirə edilmiş, uyğun qərarlar qəbul edilmiş, KXCP Təşkilat şöbəsinə və digər əlaqədar qurumlara tapşırıqlar verilmişdir.
Yığıncaqda hakimiyyət orqanlarının vətəndaş cəmiyyətinə qarşı çeşidli repressiyaları artırdıqca cəmiyyətin daha qətiyyətlə müqavimət göstərməsi, nəticədə ölkədəki seçki saxtakarlığı, rüşvət, korrupsiya, büdcə talançılığı, məmur özbaşınalığının artıq demokratik dünyanın yüksək tribunalarından səsləndiyi qeyd edilmişdir. Hakimiyyət isə olan-bitənləri düzgün qiymətləndirmək, vətəndaş cəmiyyətinin inkişafına şərait yaratmaq əvəzinə dövlət orqanlarını vətəndaşlara qarşı cəza aparatına çevirməkdən çəkinmir. Bir gündə (30 oktyabr) müxtəlif rayonlarda keçirilən üç məhkəmədə böhtana-şərə əsaslanan ədalətsiz və qanun zidd qərarlarla cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin (azyaşlı uşaq, ziyalı, jurnalist) günahsız yerə cəzalandırılması günümüzün gerçəkliyinə çevrilmişdir.
2013-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə keçmiş namizəd Cəmil Həsənlinin və Milli Şuranın mətbuat katibi, KXCP sədrinin müavini, hüquq müdafiəçisi Oqtay Gülalıyevin az yaşlı övladı Əlgüşad Gülalıyev naməlum adamlar tərəfindən döyülərək bıçaqlanmasına baxmayaraq, bir ildən sonra zərərçəkən (Əlgüşad Gülalıyev) təqsirləndirilən şəxs qismində Xətai rayon məhkəməsi tərəfindən cəzalandırılıb. KXCP bu məhkəmə qərarını onun atası Oqtay Gülalıyevin ictimai siyasi fəaliyyəti ilə bir başa bağlı olduğunu qeyd edir.
Nəsimi rayon Məhkəməsi tərəfindən Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın koordinasiya şurasının üzvü Eldəniz Quliyev bəzi yol polisi əməkdaşlarının vəzifə səlahiyyətindən sui-istifadə etmələri ilə bağlı Daxili işlər nazirinə yazdığı müraciətə görə cəzalandırılmışdır. Məhkəmə qərarının siyasi məqsəd daşıdığı göz qabağındadır.
Binəqədi rayon Məhkəməsinin "Azadlıq" qəzetinin jurnalisti Xalid Qarayevi “xırda xuliqanlığa” görə cəzalandırması isə artıq Sovetlərin siyasi bataqlıqlarına qayıtmağımızın göstəricisidir.
KXCP yuxarı məhkəmə orqanlarının Xətai rayon məhkəməsinin Əlgüşad Gülalıyev, Nəsimi rayon Məhkəməsinin Eldəniz Quliyev, Binəqədi Rayon Məhkəməsinin "Azadlıq" Xalid Qarayev haqqındakı qanuna zidd və ədalətsdiz qərarlarını ləğv etməyə çağırır, hakimiyyətin vətəndaş cəmiyyəti fəallarına və onların ailə üzvlərinə qarşı sərgilədiyi qanunlara və milli dəyərlərə zidd münasibətin yol verilməz olduğunu bəyan edir, belə münasibətlərin durdurulmasını, qanunsuzluqlara son verilməsini, ictimai- siyasi fəalların fəaliyyətinə normal şərait yaradılmasını tələb edir.
Yığıncaq Milli Şuranın 10 noyabrda elan etdiyi mitinqdə iştirakın KXCP üzvləri üçün sərbəst olduğunu, rəhbər orqanları üzvlərinin isə iştirak etməsini tövsiyə etmişdir.
Yığıncaqda 05 noyabr 2014 cü il saat 12-00 da Müsavat partiyasının qərargahinda -Milli Məclisə seçkilərdə proporsional seçki sisteminin bərpa edilməsi məqsədi ilə referendum keçirilməsi təşəbbüsünə həsr ediləcək Dəyirmi Masada iştirak etməyi tövsiyə edilmişdir.
Yığıncaqda 06 noyabr saat 12.00-da KXCP qərargahında keçiriləcək “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi, qarşıda duran vəzifələrə dair” hesabatının ictimai təqdimatında iştirak etmək tövsiyə olunmuşdur.
Hiç yorum yok :
Yorum Gönder