25 Eylül, 2014

Demokratiya və İnsan Haqları Mərkəzinin növbəti toplantısı, 24 Sentyabr 2014

Demokratiya və İnsan Haqları Mərkəzinin növbəti toplantısı keçirilib.

Bu gün KXCP-nin qəraragahında Siyasi partiyaların Birləşmiş Demokratiya və İnsan Haqları Mərkəzinin (DİHM) növbəti toplantısı keçirilmişdir. Toplantıda DİHM-in 17 martda “Azərbaycanda Demokratiyanın vəziyyəti” movzusunda keçirdiyi konfransın nəticələri müzakirə olunub. Konfransın işi müsbət qiymətləndirilib. Konfransın qətnaməsi və konfransada verilən təkliflər müzakirə edilib və uyğun qərarlar qəbul edlib.

Konfransın qətnaməsinə uyğun olaraq referendum tələbi ilə imza kompaniyasına başlanılması və Konstitusiya dəyişikliyi layihəsi hazırlanması ilə bağlı razılaşma əldə edilib.

Seçki konsepsiyasının hazırlaması üçün işçi qrup yaradılması razılaşdırılıb.

Siyasi partiyaların və AB üzvü olan dövlətlərin səfirliklərinin nümayəndələri ilə birgə Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnaməsinə həsr olunmuş Dəyirmi Masa keçirilməsi nəzərdə tutulur.

Demokratiya və İnsan Haqları Mərkəzinin Dövlət Müstəqilliyi gününə həsr olunmuş növbəti konfransının 18 oktyabrda keçirilməsi haqqında qərar qəbul edilib.

Siyasi məhbuslara işgəncə verilməsi ilə bağlı xəbərlərdən ciddi narahatlıq keçirən partiya sədrləri siyasi məhbuslarla görüşmək barədə qərar qəbul edib, bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin uyğun qurumlarına müraciət etmək nəzərdə tutulub.

Hiç yorum yok :

Yorum Gönder