Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Bəybala ƏBİL |
Müsavat Partiyasının VIII qurultayı münasibəti ilə sizləri, bütün müsavatçıları, Müsavat partiyasının rəhbərliyini və yeni seçiləcək rəhbərliyi təbrik edirəm. Millətimizin ən böyük dəyəri-Dövlət Müstəqilliyimiz - Müsavatla bağlı olduğu kimi, Dövlət Müstəqilliyinin bərpasında da, Müsavat partiyasının üzvlərinin çox böyük xidmətləri olmuşdur. 1993-cü il qiyamından sonrada avtoritar rejimə qarşı mübarizədə və demokratik dəyərlərin qorunmasında müsavatçılar fədakarlıq göstərmişlər. Müsavat partiyası Məmməd Əmin Rəsulzadə əmanətlərini qoruyaraq, Əbülfəz Elçibəy dəyərlərinə sadiqliyini göstərək müstəqilliyimizin qorunması, demokratik cəmiyyətin yaradılması, Azərbaycanın bütövlüyü uğrunda mücadilə verməkdədir.
Sevindirici haldır ki, uzun illər iqtidarın hər cür basqılarına müqavimət göstərən müsavatçılar, avtoritar rejimin yaratdığı antidemokratik şəraitə baxmayaraq, zaman-zaman ölkə tarixində yaratdıqları demokratik ilkləri davam etdirməklə qurultay keçirirlər. Musavat Partiyası ölkə tarixinə ilkin seçki, başkanlığa namizədlərin qurultay qabağı kompaniyalarını keçirmək kimi çox vacib ənənələr gətirməklə Azərbaycan demokratiyasına töhfələr verərək müqəddəs işini davam etdirir. İnanıram kı, Müsavat partiyasının bu qurultayı mütəşəkkiliyi, qətiyyəti və qəbul edəcəyi proqram sənədləri ilə cəmiyyətimizin avtotarizmə qarşı mübarizəsinə yeni nəfəs verəcəkdir.
Çox dəyərli müsavatçılar.
“Bir kərə yüksələn bayraq bir daha enməz” fəlsəfəsi, “Biz qalib gələcəyik” inamı ilə bu böyük işinizdə Sizlərə uğurlar azulayıram.
Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Bəybala ƏBİL
Hiç yorum yok :
Yorum Gönder