İntiqam Əliyev |
Deputatlığa namizədlərdən 3 nəfərin işi ilə bağlı kommunikasiya mərhələsi başlayıb.
2010-cu ilin parlament seçkiləri ilə bağlı Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında daha 3 iş üzrə kommunikasiya başlayıb. Bunlar 79 saylı İmişli Seçki Dairəsi üzrə Tariel Şirinlinin (müstəqil namizəd), 11 saylı Qaradağ Seçki Dairəsi üzrə Bəybala Əbilin (Klassik Xalq Cəbhəsi Partiyası) və 43 saylı 3-cü Sumqayıt Seçki Dairəsi üzrə İbrahim Əhmədzadənin (müstəqil namizəd) şikayətləri üzrə işlərdir. Bu barədə məlumatı Hüquq Maarifçiliyi Cəmiyyəti verib. Məlumatda bildirilir ki, İ.Əhmədzadənin və T.Şirinlinin şikayətləri namizədliklərin qeydiyyatından imtina, B.Əbilovun şikayəti isə onun qeydiyyata alınmış namizədliyinin ləğvi ilə bağlıdır. Avropa Məhkəməsi hökumət qarşısında qoyduğu sualları cavablandırmaq üçün 2014-cü ilin dekabr ayının 18-nə qədər vaxt verilib.
İntiqam Əliyev avqustun 8-də həbs edilən zaman Baş Prokurorluq Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi onun rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisində, onun yaşadığı mənzildə axtarış apardığı zaman ittihama aidiyyatı olan və olmayan bütün sənədləri, o cümlədən İ.Əliyevin həm fərdi qaydada, həm də HMC-nin xətti ilə aparılan bütün məhkəmə işlərinin materiallarını heç bir rəsmiləşdirmə aparmadan qovluq-qovluq, topa-topa kisələrə doldurub aparıblar. Həmin işlərin arasında Avropa Məhkəməsinin icraatında olan 100-dən çox şikayət, o cümlədən 2010-cu ilin parlament seçkiləri ilə bağlı 40-dan çox şikayət üzrə məhkəmə işlərinin materialları var. Prokurorluq HMC-nin ofisindəki və yaşadığı mənzildəki bütün kompyuterlər və digər informasiya daşıyıcılarını da apardığından şikayətçilər və onların vəkili faktiki olaraq əliyalın qalıb. İ.Əliyevin və vəkillərinin HMC-nin ofisində və mənzilində axtarış aparılan zaman qanunsuz götürülən məhkəmə işlərinin materiallarını qaytarılması barədə vəsatətlərini rədd edən istintaq orqanının qərarından verdikləri şikayətə Nəsimi rayon məhkəməsi sentyabrın 12-də baxaraq onu rədd edib.
İ.Əliyev artıq Avropa Məhkəməsinə vəkil dosyelərinin qanunsuz olaraq götürülməsi və bunun Məhkəməyə göndərilən şikayətlərin müddətlərin keçməsi ilə bağlı qəbulənliyi, kommunikasiyada olan işlər üzrə isə sənədlərin yoxluğu səbəbindən kommunikasiyada yaranan və gələcəkdə yarana biləcək problemlər barədə məlumat verib. Müraciətdə Məhkəmədən xahiş edilib ki, vətəndaşlarının Avropa Məhkəməsinə müraciətlərinin qarşısını alan hökümətdən qanunsuz addımlara son qoysun.
meydan.tv
Hiç yorum yok :
Yorum Gönder