Yarandığı gündən icra hakimiyyətinin əlavəsinə çevrilmiş bələdiyyələrin yerli idarəetmədən uzaq formal fəaliyyət göstərdiyi şəraitdə artıq dördüncü dəfədirki ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcəkdir.
Zəruri qanunvericilik bazasının olmaması, mövcud qanunların icra edilməməsi və seçkilərin saxtalaşdırılması nəticəsində hakimiyyət orqanlarının maraqlarına uyğun formalaşlan bələdiyyələr yerlərdə real gücü olmayan əhəmiyyətsiz qurumlara-icra hakimiyyətlərinin əavəsinə çevrilmişdir.
Ölkədə azad, şəffaf və ədalətli seçkilərin keçirilməməsi yerli idarəetmə orqanlarının normal formalaşmasına imkan vermir. Ölkəmizdəki bütün seçkilər, o cümlədən bələdiyyə seçkiləri, kütləvi qanunsuzluqlarala keçirildiyindən bələdiyyələr icra hakimiyyətlərinin maraqları əsasında formalaşır.
Seçkilər bütün mərhələlər üzrə kobud qanun pozuntuları şəraitində, qeyri demokratik mühitdə keçirilir. Seçki qanunvericiliyi yarıtmaz, seçki əraziləri qanuna zidd, seçki komissiyaları bir qrupun nəzarətində, seçici siyahıları gerçəklikdən uzaq, qeyri-demokratik seçkiqabağı mühit, total saxtakarlıqla müşahidə edilən seçki günü, şikayətlərin obyektiv araşdırılmaması, ümumiyyətlə tamamilə icra hakimiyyətlərinin maraqları çərçivəsində və nəzarətində keçirən seçkilər son iyirmi ilin acı gerçəkliyidir.
KXCP yerli idarəetmə orqanlarının demokratik yollarla formalaşması və fəaliyyət göstərməsi, 2014-cü il bələdiyyə seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün:
- Seçki Məcəlləsində beynəlxalq təşkilatların tövsiyyələrinə uyğun dıyişiklik aparılması, seçki komissiyalarının siyasi qüvvələrin iştirakı ilə tarazlaşdırılması, seçici siyahılarının dəqiqləşdirilməsi, seçkiqabağı demokratik mühitin yaradılması, seçki günü saxtakarlıqların qarşısının alınması, seçki şikayətlərinin obyektiv araşdırılmasının təmin edilməsi və icra hakimiyyəti orqanlarının seçkilərə qanunsuz müdaxilələrinin qarşısının alınması üçün zəruri tədbirlər görməyi hakimiyyətdən tələb edir.
- Siyasi partiyaları, vətəndaş cəmiyyətini, ziyalıları, gəncləri, qadınları, cəmiyyətin bütün təbəqələrini 2014-cü il bələdiyyə seçkilərində fəal iştiraka, seçkilərin bütün mərhələlərində yüksək fəallıq göstərməyə, seçki saxtakarlıqlaının qarşısını almaq üçün fədakarlıq göstərməyə, bələdiyyələrin real yerli hakimiyyətə çevrilməsi üçün ardıcıl mübarizə aparmağa çağırır.
Hiç yorum yok :
Yorum Gönder