Bəybala Əbil, Ali Məclisin Sədri |
Hakimiyyət ilk dövrlərdə iqtidarını qorumaq məqsədi ilə daha çox siyasi haqları və azadlıqları pozurdusa, son on ildə bunlarla bərabər iqtisadi, mülkiyyət, sosial, dini, informasiya, şəxsi toxunulmazlıq və s. hüquqlara müdaxilə edərək insanların şəxsi həyatlarını nəzarətə almağa çalışır və bu məqsədlə dövlətin bütün imkanlarından istifadə edir.
Yüz minlərlə vətəndaşın müxtəlif mülkiyyət növlərinin-xüsusi ilə maliyyə vəsaitləri, daşınmaz əmlak və torpaq sahələrinin müsadirə olunaraq mənimsənildiyi göz qabağındadır. Bankların fırıldaqçı, qarətçi kredit və girov siyasətləri, inhisarçıların, yerli və mərkəzi hakimiyyət məmurları ilə əlbir olan şirkətlərin müsadirə siyasəti vətəndaşların iqtisadı-sosial durumları günü-gündən pisləşir.
Məmur özbaşınalığı, hüquq-mühafizə orqanlarında vəzifədən sui-istifadə, xüsusiylə dövlət orqanlarında yaradılmış paralellik və güc strukturlarında artan korrupsiya-rüşvətxorluq cəmiyyəti idarə olunmaz vəziyyətə gətirmiş, hakimiyyət orqanlarında şikayətlərə baxılmaması, müstəqil məhkəmələrin yoxluğu vətəndaşları çıxılmaz vəziyyətə salmışdır.
Saatlı rayonun Novruzlu kəndində subasmaya məruz qalmış Həsənov Əlisa (KXCP Ali Məclisinin üzvü) rayon polis idarəsinin əməkdaşı tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı Saatlı rayon polis idarəsi rəisinə, daha sonra Daxili İşlər Naziri Ramil Usubova müraciəti nəticəsiz qalıb. Naxçıvanda ağır xəsarət yetirməklə döyülməsinə baxmayaraq İlqar Nəsibov (hüquq müdafiəçisi) haqqında cinayət işi qaldırılıb. Belə hadisələr ölkənin hər yerində və hər gün kütləvi şəkildə baş verir.
Digər tərəfdən, ölkədə dini məsələləri “tənzimləyən” iki qurumun olmasına baxmayaraq bu sahədə idarə olunmaz vəziyyət alınıb. Bu qurumlar arasındakı qarşıdurma vəziyyəti daha çox gərginləşdirir, ölkə xaricdən yönləndirilən müxtəlif təriqətlərin “döyüş meydanına” çevrilib, dini azadlıq və hüquqlar ciddi basqı altına alınır. Monopoliya siyasəti bu sahədə də, xüsusiyə xeyir-şər məclislərində müşahidə olunan acı gerçəklikdir. Xeyir-şər məclislərində israfçılıq, bayağı prosedurlar, dini məzmundan sapmaq ciddi narahatlıq yaradır. Lakin, belə məsələləri inzibati yollarla tənzimləmək, qadağa və məhdudiyyətlərlə həll etmək yolverilməzdir.
Bu cür problemlərin yaranmasının bir səbəbi də təhsilin yarıtmaz vəziyyəti, islam dinin lazımi səviyyədə öyrənilməməsi və elmi surətdə təbliğ edilməməsidir. Bu isə dini savadsızlığa, insanların islam dəyərlərindən uzaqlaşmasına səbəb olur ki, nəticədə, daha böyük problemlərlə-bu gün beynəlxalq terror təşkilatlarının yaratdığı İraq və ya Suriya fəlakəti ilə üz-üzə qalırıq.
Vəziyyət o qədər ağırlaşıb insan haqlarının pis durumuna görə, Avropa Birliyi kimi mötəbər təşkilat Azərbaycana sanksiya tətbiq etməklə hədələyir, ABŞ kimi demokratik dövlətin başçısı ölkəmizin adını dünyanın 200-dən çox dövlətlinin içərisində pis nümunə kimi göstərir.
Klassik Xalq Cəbhəsi Partiyası:
- İqtisadi, mülkiyyət, sosial, dini, informasiya, şəxsi toxunulmazlıq və s. kimi hüquqlarının kobud surətdə pozulmasını vətəndaşların şəxsi həyatına sərt müdaxilə kimi qiymətləndirir və bütün bunlara son qoyulmasını tələb edir.
- Məmur özbaşnalığına, hüquq-mühafizə orqanlarında vəzifədən sui-istifadəyə, dövlət orqanlarında yaradılmış paralelliyə və güc strukturlarında artan korrupsiya-rüşvətxorluğa son qoymağı tələb edir
- Hakmiyyət orqanlarını vətəndaşların konstitusion haqlarına sayğı ilə yanaşmağı, insan haqları ilə bağlı dövlətimiz adından imzalanan və Azərbaycan Respublikasının qoşulduğu deklarasiya və konvensiyalarda götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirməyi tələb edir.
Hiç yorum yok :
Yorum Gönder