Toplantıda KXCP, Musavat, ADP, Ümid, Liberal Demokrat, AXP, BAP, Azad Demokratlar, Aydınlar Partiyası iştirak edib.
Toplantıda:
- 15 oktyabr 2014- cü il tarixdə, saat 12- 00 da Musavat Partiyasının qərargahında Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair Qətnaməsinə həsr edilən Dəyirmi Masaya hazırlıq məsələləri müzakirə edilib. Dəyirmi masanın müzakirəsi nəzərdə tutulan məsələyə dair Bəyanatının layihəsi razılaşdırılıb. (Bəyanat layihəsi əlavə edilir).
- Proporsional seçki sisteminin tətbiqini nəzərdə tutan konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilməsi təşəbbüsü ilə əlaqədar işlərin gedişi müzakirə edili. Referenduma çıxarılması təklif edilən dəyişiklik mətninin layihəsi təsdiq edilib. Referendum keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinə, AR Milli Məclisinə, Mərkəzi Seçki Komissiyasına müraciətlərin mətni razılaşdırılıb və göndərilməsi barədə qərar qəbul edilib. Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair Qətnaməsinə həsr ediləcək.
Hiç yorum yok :
Yorum Gönder