İclasda qərarların icra vəziyyəti qiymətləndirilmiş, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi.
Yığıncaq partiya orqanlarının həftə ərzində gördüyü işlər qiymətləndirilmiş, bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti dəyərləndirilmiş, vətəndaş cəmiyyətinə qarşı repressiyaların davam etdirilməsinin ciddi problemlər yaratdığı bir daha qeyd edilmiş, ölkədə və regionda narahatlıqlar doğuran digər məsələlər müzakirə edilmişdir.
Yığıncaqda KXCP Ali Məclisinin son sessiyası, sessiyada qəbul edilən qərarlarən icrası ilə bağlı müzakirələr aparılmış və uyğun orqanlara tapşırıqlar verilmişdir.
Milli Şuranın mitinqinin son dövrlər ilk və təşkilatçılığın zəif olmasına baxmayaraq uğurlu alındığı qeyd edilmiş, lakin mitinq vaxtının və taktikasının düzgün müəyyənləşməməsi, bütövlükdə xalq kütlələrinin mitinqlərə cəlb edilməsinin zəifliyi qeyd edilmişdir.
Qeyri hökümət təşkilatlarına qarşı hakimiyyət tərəfindən təzyiqlərinin dahada artdığını, beynəlxalq təşkilatların ciddi tənqidlərinə, hətta ölkəmizə müxtəlif sanksiyaların tətbiq edilə biləcəyinə baxmayaraq iqtidarın vəziyyəti düzgün qiymətləndirə bilməməsi nətiəsində ölkəmizin çox ciddi problemlərlə üzləşəcəyi qeyd edilmişdir.
Bələdiyyə seçkilərinə hazırlığın artıq son mərhələyə qədəm qoyduğunu, KXCP-nin bələdiyyə seçkilərində iştirak edəcək yeganə partiya olduğunu, rayon (şəhər) şöbələrinin bu ağırlığı daşımaq üçün ciddi problemlərlə üzləşə biləcəyi qeyd edilmiş, KXCP Mərkəzi Seçki Qərargahının, Təşkilat şöbəsinin rayon (şəhər) şöbələri ilə seçkilərlərlə bağlı əlaqələrinin yüksək səviyyədə qurulmasının vacibliyi qeyd edilmişdir.
KXCP üzvlərinin Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin 15 oktyabrda keçiriləcək Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair Qətnaməsinə həsr edilmiş Dəyirmi Masada fəal iştirak etməsi məqsədəuyğun hesab edilmişdir.
Hakimiyyət tərəfindən Azərbaycanın Dövlət Müstəqilliyi bərpasının bayram kimi qeydiyyatının ləğv edilməsini cox ciddi səhv olduğu qeyd edilmişdir. İldönümlə bağlı 18 oktyabr saat 11.00-da Fəxri Xiyabanda Elçibəyin məzarının ziyarət olunması, bu hadisəyə həsr edilmiş müxtəlif tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
Hiç yorum yok :
Yorum Gönder