10 Aralık, 2014

İdarə Heyətinin növbəti toplantısı, 10 Dekabr 2014

İclas qərarların icra vəziyyətini dəyərləndirmis, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edərək uyğun qərarlar qəbul etmişdir.

Yığıncaq partiya orqanlarının həftə ərzində gördüyü işləri qiymətləndirmiş, bələdiyyə seçkiləri, vətəndaş cəmiyyətinin vəziyyəti və son həbslər müzakirə etmişdir.

Yığıncaqda seçkilərdə bələdiyyələrə namizədlərin qeydiyyata alınması ilə bağlı məlumatlar dinlənilmiş və dəyərləndirilmişdir. KXCP Mərkəzi Seçki Qərargahının təqdim etdiyi arayışa əsasən, seçki komissiyaları və yerli hakimiyyət orqanları tərəfindən yaradılan əngəllər, o cümlədən bələdiyyə namizədlərinin bir çoxuna hələdə namizədlik vəsiqələrinin verilməməsi, qeydiyyatdan keçmiş namizədlərə təşviqatla bağlı maneçiliklər törədilməsi, bir çox yerlərdə seçicilərlə görüş yerləri təyin edilməməsi, şikayətlərə baxılmaması kimi problemlərdən narahatlıqlar qeyd edilmişdir. Namizədlər tərəfindən təyin edilmiş vəkillər, seçki komissiyalarına təqdim edilmiş müşahidəçilər, ümumiyyətlə seçkilərin müşahidə edilməsi ilə bağlı vəziyyət dəyərləndirilmişdir.

Yığıncaqda hakimiyyət orqanlarının beynəlxalq təşkilatların müraciətlərinə, hətta Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına məhəl qoyulmadan vətəndaş cəmiyyəti üzvlərinə, siyasi dustaqları müdafiə edən müstəqil vəkillərə qarşı təzyiqlərini artırdğı qeyd edilmiş və bu günlərdə daha bir jurnalist araşdırmaçının - Xədicə İsmayılın həbs edilməsi haqqında məlumat verilmişdir. KXCP İdarə Heyəti hakimiyyətin vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyaların yol verilməz olduğunu, onlara qarşı sərgilənən qanunlara və milli dəyərlərə zidd münasibətlərə son verilməsini tələb etmiş və Xədicə İsmayılın həbsi ilə bağlı bəyanat qəbul etmişdir.

Hiç yorum yok :

Yorum Gönder