İcra hakimiyyətinin əlavəsinə çevrilmişbələdiyyələrin yerli idarəetmədən uzaq formal fəaliyyət göstərdiyi bir şəraitdəartıq dördüncü dəfədir ki, hakimiyyət orqanlarının maraqları çərçivəsində bələdiyyələrinsaxta seçkilərlə formalaşdırılıması prosesi gedir.
Ölkədə azad, şəffaf və ədalətliseçkilərin keçirilməməsi yerli idarəetmə orqanlarının normal formalaşmasınaimkan vermir. Ölkəmizdəki bu vaxta kimi bütün bələdiyyə seçkiləri kütləviqanunsuzluqlarla keçirildiyindən bələdiyyələr icra hakimiyyətlərinin maraqlarıəsasında formalaşır.
Bəyanat etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Bəyanat etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
22 Aralık, 2014
09 Aralık, 2014
KXCP-nin araşdırmaçı-jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı bəyanatı
Hakimiyyətin, ölkədə baş verən korrupsiyaya son qoymaq, vətəndaşların hüquqlarını müdafiə etmək əvəzinə, korrupsiya araşdırmaçısı, jurnalist Xədicə İsmayılı doğurdana da, Azərbaycana məxsus analoqu olmayan üsulla həbs etməsi cəmiyyətdə böyük narahatlıq yaratmış və beynəlxalq aləmdə çox ciddi əks-səda doğurmuşdur. Cəsarətli fəaliyyəti ilə hakimiyyətin insan haqlarına zidd, milli-mənəvi dəyərlərdən uzaq basqılarını nəticəsiz qoymaqla, hal-hazırda həbsdə olan vicdan məhbuslarına qarşı haqsız olaraq tətbiq edilən “qanunsuz sahibkarlıq”, “vergidən yayınma”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” kimi Cinayət Məcəlləsinin ənənəvi “növbətçi” maddələrindən və “qrant”, “erməniyə işləmək” kimi absurd bəhanələrdən istifadə etməyə imkan verməyən Xədicə İsmayıl çarəsiz hakimiyyəti psixi xəstəxananın passientinə möhtac qoymuşdur. Xədicə İsmayılın dirənişinin qarşısında korrupsioner-rüşvətxor rejimdən bəhrələnən yüksək çinli məmurlar dəstəsi və onların əlaltıları hakimiyyət üçün yararsız vəziyyətə düşmüş, çıxılmaz vəziyyətdə olan hüquq-mühafizə orqanları isə onun həbsi üçün ağlabatan səbəb tapa bilmədi. Dünya ölkələri içərisində intiharlar səviyyəsinə görə “layiqli” yer tutmağımıza baxmayaraq hələdə ehtiyac içərisindəki insanları intihara təhrik edən bircə məmur belə cəzalanmayıb. Əksinə, insan haqlarının güzəştsiz müdafiəçisi, tanınmış korrupsiya araşdırmaçısı, “Azadlıq” radiosunun işgüzar əməkdaşı, jurnalist fəaliyyəti ilə dünyada tanınan Xədicə İsmayılın həbsi ilə ölkədə günü-gündən sayları azalan azad söz carçıları müvəqqətidə olsa növbəti itkiyə məruz qaldı. Bu isə dövlətimizə və hakimiyyətə başucalığı gətirmir. Əksinə bu cür analoqsuz həbslərlə cəmiyyət ümidsizləşir və nəticə etibarı ilə radikallaşır. Hakimiyyət bu acı həqiqəti düzgün qiymətləndirməli, vətəndaş hüquqlarını qorumalı, beynəlxalq təşkilatlar qarşısında üzərinə düşən öhdəlikləri yerinə yetirməli və bir an gözləmədən Xədicə İsmayılı və digər vicdan məhbuslarını azad etməlidir.
08 Aralık, 2014
KXCP-nin 2014-cü il bələdiyyə seçkiləri ilə bağlı bəyanatı
Klassik Xalq Cəbhəsi Partiyasının bələdiyyə seçkilərinin ilkin mərhələləri ilə bağlı bəyanatı
İcra hakimiyyətinin əlavəsinə çevrilmiş bələdiyyələrin yerli idarəetmədən uzaq formal fəaliyyət göstərdiyi bir şəraitdə artıq dördüncü dəfədir ki, ölkəmizdə bələdiyyə seçkiləri keçirilir. Konstitusiya tələblərinə məhəl qoymadan, zəruri qanunvericilik bazasının yaratmadan ancaq əsasnamələrlə “idarə” edilən və icra hakimiyyətinin əlavəsinə çevrilmiş bələdiyyələrin saxta seçkilərlə hakimiyyət orqanlarının maraqları çərçivəsində formalaşdırılıması ənənəsi bu gündə davam edir.
Ölkədə azad, şəffaf və ədalətli seçkilərin keçirilməməsi yerli idarəetmə orqanlarının normal formalaşmasına imkan vermir. Ölkəmizdəki bu vaxta kimi bütün bələdiyyə seçkiləri kütləvi qanunsuzluqlarla keçirildiyindən bələdiyyələr icra hakimiyyətlərinin maraqları əsasında formalaşır.
Seçkilər bütün mərhələlər üzrə kobud qanun pozuntuları şəraitində, qeyri demokratik mühitdə keçirilir. Demokratik tələblərdən uzaq seçki qanunvericiliyi, qanun pozuntuları ilə formalaşdırılmış seçki əraziləri, bir qrupun tam nəzarətində olan seçki komissiyaları , gerçəklikdən çox-çox uzaq seçici siyahıları və qeyri-demokratik seçkiqabağı mühit şəraitində namizədlərin verilməsi və qeydə alınması kütləvi qanun pozuntuları şəraitində reallaşdı.
Seçkidə iştirak etmək istəyənlərə qarşı müxtəlif əngəllər yaradılması, çeşidli təzyiqlər göstərilməsi kütləvi hal almışdı. Süründürməçilik, şirnikləşdirmə, bezdirmək, xahiş etmək, qorxuzmaq kimi üsullarla passiv seçki hüququndan istifadə etmək istəyənlərə, onların ailə üzvlərinə və yaxınlarına təzyiqlər edilərək bir çox vətəndaşların namizədliklərinin qarşısı alınmışdır. Bu məqsədlə seçki komissiyaları, icra hakimiyyətləri sturukturları, polis və digər dövlət orqanları tərəfindən vətəndaşlara təzyiqlər edilmiş; onlara ailə üzvləri, yaxın adamları, din yetkililəri və nüfizlu adamlar vasitəsiylə müxtəlif təsir üsulları ilə namizədliklərinin qarşısı alınmış, namizədliklə bağlı bldirişin geri qaytarılmasına, namizədliklərinin geri götürmələrinə məcbur edilmiş, seçki sənədlərində partiyalıqlarını göstərməmələri kimi müxtəlif qeyri-qanuni tələblər həyata keçirilmişdir. DSK-lar seçki sənədlərinin vaxtında verməməklə, DSK rəhbərlərinin iş yerlərində olmamaları, telefonlara cavab verməmələri, namizədliklə bağlı seçki sənədlərini icra hakimiyyətlərinə göndərərək “icra hakimiyyətindən razılıq alınmalıdır” kimi qanunsuz tələblərlə bir çox vətəndaşın namizədliklərinin qarşısını almışlar.
Ölkədə seçkiqabağı mühütdən əsər-əlamət yoxdur. İctimaiyyətin geniş kütləsi bələdiyyə seçkilərindən xəbərsizdir. Hətta, yerli idarəetmə ilə müqayisədə cəmiyyətimiz üçün heç bir əhəmiyyətə malik olamayan, əksinə böyük problemlər içərisində çabalayan ölkəmizə astranomik vahidlərlə ölçülən maliyyə vəsaitinə başa gələn “2015-ci il Avropa oyunları”na qalan vaxtı ən kiçik zaman vahidinə qədər anba-an reklam edən hakimiyyət, görsənti xarakterli bəzi tədbirlər keçirsə də, bələdiyyə seçkilərini mümkün vasitələrlə ictimaiyyətin geniş kütləsindən gizli saxlamağa çalışır.
KXCP bu günə kimi baş verən kütləvi qanunsuzluqları hakimiyyətin bələdiyyə seçkilərinin total saxtalaşdırılmasına hazırlıq kimi qiymətləndirərək:

- hakimiyyət orqanlarından bələdiyyə seçkilərində baş verən kütləvi qanun pozuntularına son qoymağı və demokratik seçki keçirilməsini tələb edir;
- siyasi partiyaları, vətəndaş cəmiyyətini, ziyalıları, gəncləri, qadınları, cəmiyyətin bütün təbəqələrini seçkilərdə yüksək fəallıq göstərərək baş verəcək saxtakarlıqların qarşısını almaq üçün fədakarlıq göstərməyə çağırır;
- beynəlxalq təşkilatlardan, demokratik dünyadan nəhayət Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün mümkün olan vasitələrdən istifadə etməyə çağırır.
16 Ekim, 2014
Demokratiya və İnsan Haqları Mərkəzinin Bəyanatı
Siyasi partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin Avropa Parlamentinin “Azərbaycanda demokratiyanın və insan haqlarının vəziyyəti” Qətnaməsi mövzusunda təşkil etdiyi Dəyirmi Masanın Bəyanatı:
- Dəyirmi Masa iştirakçıları Avropa Parlamentinin Azərbaycanda demokratiyanın və insan haqlarının vəziyyətinə dair sentyabr 2014- cü il tarixli Qətnaməsini müzakirə edərək qeyd edir ki, həmin sənəddə Azərbaycanda əsas insan hüquq və azadlıqlarına əməl olunması sahəsində vəziyy in təsviri və faktiki halları real situasiyaya adekvatdır və gerçəkliyi əks etdirir.
- Qətnamənin tövsiyələrinə gəldikdə isə onlar Azərbaycanın demokratik ictimaiyyəətinin, o cümlədən siyasi müxalifətin irəli sürdüyü tələblərlə səsləşir. DM iştirakçıları Azərbaycan hakimiyyətindən tələb edir ki, ölkənin strateji maraqlarını nəzərə alaraq həmin tövsiyələrə diqqətlə yanaşsın, ilk növbədə siyasi və vicdan məhbuslarını dərhal və qeydsiz – şərtsiz azad etsin. Bu zaman Dəyirmi Masa İştirakçıları diqqəti ona cəlb edirlər ki, analoyoi məzmunlu tələb və tövsiyələr Azərbaycanın müqavilə öhdəlikləri ilə bağlı olduğu ATƏT, AŞ, AHİM, BMT- nin İnsan Haqları Komissiyası, habelə svilizasiyalı xalq və cəmiyyətlərdə böyük nüfuza malik hüquq müdafiə təşkilatları – Amnesty İnternational, Human Rights Watch, Freedom House və digərləri tərəfindən də qəbul edilib.
- DM iştirakçıları Beynəlxalq qurum və təşkilatların, bölgə problemlərinə ciddi təsir imkanları olan dövlətlərin demokratiyanın və insan hüquqlarının müdafiəsinə aid çağrış və tövsiyələrinin görməzlikdən və eşitməzlikdən gəlinməsini milli təhlükəsizliyimiz baxımından yanlış hesab edir. Belə çağrış, tələb və tövsiyələrin birmənalı şəkildə daxili işlərə qarışmaq kimi dəyərləndirilməsi, Azərbaycana düşmən qüvvələrin səylərinin nəticəsi kimi qələmə verilməsi problemin həlli olmayıb dövlətimizi təcrid vəziyyətinə aparıb çıxara bilər ki, məhz bu Azərbaycana dost olmayan dairələrin əsas hədəflərindəndir.
- Dəyirmi Masa İştirakçıları Avropa ittifaqı ilə Assosasiya sazişinin tezliklə imzalanması və bunun üçün tələb edilən islahatlaın aparılması istiqamətində addımlar atılmasını zəruri hesab edir.
- Avrointeqrasiya naminə ümummilli hərəkatın yaradılması təklifinin müzakirəyə çıxarılması lazım bilinir.
Kaydol:
Kayıtlar
(
Atom
)