Rəy etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Rəy etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

25 Aralık, 2014

KXCP-nin 2014-cü il bələdiyyə seçkiləri ilə bağlı rəyi

Klassik Xalq Cəbhəsi Partiyasının 23 dekabr 2014-cü il tarixində keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı Rəyi

Klassik Xalq Cəbhəsi Partiyası, Mərkəzi Seçki Qərargahının (MSQ) 23 dekabr 2014-cü il tarixində keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı apardığı müşahidələri, topladığı sənədləri dəyərləndirərək seçkiləri azad olmayan, şəffaflıqdan uzaq, ədalətsiz və qeyri demokratik hesab edir. KXCP hesab edir ki, Azərbaycan hökuməti, azad, şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün ATƏT, Avropa Şurası, AŞ PA-nın Venesiya Komissiyası və digər beynəlxalq təşkilatlar tərəfindən edilən təklif və tövsiyələri nəzərə almamış, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.

Azad, şəffaf, ədalətli seçkilər keçirmək üçün demokratik seçki qanunvericiliyi bazası yaradılmamış, seçkilərə hazırlıq kütləvi qanun pozuntuları şəraitində keçirilmişdir. Seçici siyahıları kütləvi çatışmazlıqlarla tərtib edilmişdir. Namizədlərin irəli sürülməsi və qeydiyyatı hakimiyyətin sırf siyasi maraqlarına uyğun olaraq qanun pozuntuları şəraitində baş vermişdir. Seçkiqabağı təşviqat zamanı müstəqil və ya müxalifət namizədlərinə qarşı çeşidli qanunsuzluqlar baş vermişdir. Seçki günü büdcə və digər təşkilatların insan və maddi resursları total saxtakarlıqlar üçün səfərbərliyə alınmış, icra hakimiyyətinin parçasına çevrilən seçki komissiyaları kütləvi qanunsuzluqlar etməkdən çəkinməmişlər.