Yığıncaq 22 avqust-Savalana ziyarət gününün qeyd olunması, həmin gün Elçibəy və digər öndərlərimizin məzarlarının ziyarət olunması və digər tədbirlər dəyərləndirilmiş, vətəndaş cəmiyyətinə qarşı repressiyaların durdurması ilə bağlı cəmiyyətin toparlanması istiqamətində aparılan proseslər müsbət qiymətləndirilmişdir. Yığıncaqda ictimai siyasi vəziyyət, ölkədə və regionda yaranan və ciddi narahatlıqlar doğuran məsələlər müzakirə edilmişdir.
Yığıncaqda rus müstəmləkəçiliyinə son qoyulması və dövlət müstəqilliyimizin bərpa edilməsində canları ilə şəhadət verənlərin abidələrinə qarşı edilən hörmətsizlik bütövlükdə Azərbaycan xalqını narahat etdiyini qeyd edilmiş və Şəhidlər Xiyabanının təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi hakimiyyət orqanlarından tələb edilmişdir.
Yığıncaqda regionda və beynəlxalq aləmdə vəziyyətin çox gərgin olması, bəzi yerlərdə müharibələrin getdiyi, xüsusən bizim regionda müharibələrin başlanma ehtimallarının günü-gündən artdığı, rus-erməni işğalçılarının hər gün atəşkəsi pozaraq müharibə təhlükəsi yaratdığı bir zamanda, rüşvət-korrupsiya, məmur özbaşnalığı şəraitində çabalayan cəmiyyətimizdə hakimiyyət orqanlarının ölkə daxilində gərginlik yaratması, siyasi təşkilatlara, media nümayəndələrinə basqıları artırması, vətəndaş cəmiyyəti fəallarının həbs edilməsinin yaratdığı ciddi narahatlıqlar müzakirə edilmişdir. Vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyaların davam etdirilməsi cəmiyyətdə ciddi narahatlıqlar yaratması qeyd edilmişdir.
Naxçıvanda fəaliyyət göstərən İlqar Nəsibovun jurnalist və hüquq müdafiəçisi fəaliyyətinə görə vəhşicəsinə döyülməsi uzun illərdir yaşanan bu cür cinayətlərin ört-basdır edilməsi, cinayətkarların cəzalandırılmamasının nəticəsidir və bunun məsuliyyətini birbaşa hakimiyyət daşıyır. KXCP hakimiyyətdən cinayətkarların tezliklə məsuliyyətə cəlb edilməsini tələb edir.
KXCP sədrinin müavini Oqtay Gülalıyevin ötən il-prezident seçkiləri ərəfəsində- döyülərək ağır bıçaq xəsarətinə məruz qalan, zərərçəkən azyaşlı oğlu Əli Gülalıyevə qarşı bu günlərdə BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsi Azərbaycan Respublikası CM-nin 221.1- ci maddəsi ilə cinayət işi açaraq haqqında polis nəzarətinə verilmə qəti-imkan tədbiri seçmiş və heç bir ciddi araşdırma aparılmayan iş Xətai məhkəməsinə göndərmişdir. KXCP baş verən hadisənin Oqtay Gülalıyevə qarşı siyasi sifariş olduğunu qeyd edir və hakimiyyətdən bu cür “ənənələrə” son qoymağı tələb edir.
Yığıncaqda müxalifət partiyalarına mənzil-qərargah kimi icarəyə verdiyi mülkiyyəti partladılaraq məhv edilən Azər Əhmədovun əlavə olaraq məhkəmə tərəfindən cəzalındırılması pislənmiş və baş verən hadisə vətəndaş cəmiyyətinə qarşı repressiyaların tərkib hissəsi kimi qiymətləndirilmişdir. Yığıncaqda qeyd edilmişdir ki, yaranmış vəziyyət göstərir ki, Azərbaycan hakimiyyəti özü üçün təhlükə mənbəyini torpaqlarımızı işğalda saxlayan rus-erməni işğalçılarını deyil milli demokratik müxalifəti, hüquq müdafiəçilərini, mediya nümayəndələrini, blogerləri, azyaşlı məktəbliləri görür. KXCP hakimiyyətdən yanlış siyasətdən əl çəkməyi, vətəndaşlarına qarşı repressiyalara son qoymağı, cəmiyyətin bütün resurslarını torpaqlarımızı işğal altında saxlayanlara qarşı səfərbər etməyi tələb edir.
Hiç yorum yok :
Yorum Gönder