01 Ağustos, 2015
KXCP III Qurultayının Suriya Türkmənləri ilə bağlı Qətnaməsi
1200 ildir ki, Suriyada yaşayan Suriya Türkmənləri bizim eranın IX əsrindən başlayaraq Tulunoğulları, İxsidoğulları, Zəngilər, Əyyubilər və Məmlük Türkləri, Səlcuqlular, Atabəylər və Osmanlı Türkləri ilə bərabər yaşamışlar.
10 avqust 1920-ci il “Sevr müqaviləsi” ilə Suriyanın Osmanlı dövlətindən qoparılaraq Fransanın nəzarətinə verilməsindən və xüsusilə 1970-ci ildə hərbi çevrilişlə “Nusayri” kökənli Hafiz Əsədin hakimiyyətə gəlişi ilə Suriya Türkmənlərinin vəziyyəti daha da ağırlaşmış, Türkiyə ilə Suriya Türkmənləri arasında əlaqələr tamamilə kəsilmişdi.
KXCP III Qurultayının İraq Türkmənləri ilə bağlı Qətnaməsi
KXCP III Qurultayının Güney Azərbaycan Türkləri ilə bağlı Dünya İctimaiyyətinə müraciət
KXCP III Qurultayı - Dünya İctimaiyyətinə bildirir ki, 40 milyonluq Güney Azərbaycan Türkü:
- Yaşadığı ərazilərdə öz milli sərvətinə sahib şıxmaq və bu sərvətdən özü yararlanmaq istəyir;
- Hüquqlarını məhdudlaşdıranlara qarşı müqavimət göstərərək, onlara qarşı mübarizə aparır;
- Öz ana dilində oxumaq, yazmaq istəyir;
- Öz tarixini, öz ədəbiyyatını, öz musiqisini, öz mədəniyyətini öz dilində öyrənmək, öyrətmək, yaşatmaq, inkişaf etdirmək istəyir;
- Din, vicdan, inanc və düşüncə azadlığı istəyir;
- Siyasi təşkilat yaratmaq və sərbəst toplaşmaq azadlığı istəyir;
- Öz-özünü idarə etmək və öz müqəddaratını özü təyin etmək istəyir;
- Bütöv Azərbaycan Dövləti yaradıb vahid bir xalq kimi yaşamaq istəyir.
Bütün bunların demokratik tələblərə və BMT nizamnaməsinə tam uyğun olduğunu nəzərə alaraq KXCP III Qurultayı - Dünya İctimaiyyətini Güney Azərbaycan Türklərinin bu istəklərinin yerinə yetirilməsinə hər cür yardım göstərməsini xahiş edir.
01 avqust 2015-ci il, Bakı şəhəri
KXCP III Qurultayının Güney Azərbaycan Türkləri ilə bağlı Qətnaməsi
Qacar Türklərinin hakimiyyətdən uzaqlaşdırılması ilə 90 ildir ki, fars şovinizmi “İran” adlandırdığı məmləlkətdə ermənilər xaric, fars olmayan xalqları və etnik qrupları “İran milləti” adı altında assimiliyasiyaya uğratmaqda, ənənəvi fars şovinizmini “Şiə məzhəbi” üzərində bina edərək digər xalqları bütün doğal haqlardan məhrum etməkdədir. Bunun üçün fars şovinistləri hakimiyyət rıçaqlarından maksimum istifadə edərək ölkənin yerli əhalisinin əsasını təşkil edən, min illərlə bu ərazidə yaşayan xalqları, o cümlədən də farsları idarə edərək heç bir milli ayrıseçkiliyə yol verməyən, dünya mədəniyyəti xəzinəsinə öz unikal töhvələrini bəxş edən Güney Azərbaycan Türklərini ən adi insan haqlarından belə məhrum edir, buna qarşı çıxanlara isə dünyada analoqu olmayan işgəncələr verirlər.
KXCP III Qurultayının Uyğur Türklərinin vəziyyəti ilə bağlı Qətnaməsi
Qədim Türk dünyasının təfəkkür və mədəniyyət qaynaqlarından olan Doğu Türküstanda min illərdir yaşayan və bu ərazidə onlarla dövlət quran Uyğur Türkləri artıq bir əsrdir ki, şovinist Çin hakimiyyəti tərəfindən repressiyaya uğradılmaqdadır.
1947-ci ildə əhalinin siyahıya alınmasına görə, Şərqi Türküstan (indiki Sincan – Uyğur Muxtar Vilayəti) əhalisinin 87 faizi Uyğur Türkü, yalnız 4 faizi çinli olduğu halda Çinin hakim dairələri mərhələ- mərhələ zorla bölgəyə çinli əhali köçürərək bölgənin etnik yapısını dəyişmiş, artıq çinli əhali ilə Uyğurların sayını demək olar ki, bərabərləşdirmişdir.
KXCP III Qurultayının Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının işğalına dair Qətnaməsi
Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazisinin 20%- ni işğal etməsinə baxmayaraq, müharibənin 1994-cü ilin yazından dayandırılması və tərəflər arasında atəşkəs rejiminin bərqərar olması, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların və Azərbaycan hakimiyyətinin bu istiqamətdə yürütdüyü siyasətin nəticəsiz olması göz qabağındadır. Hakimiyyət torpaqlarımızın işğaldan azad edilməsi üçün diplomatik səylərin gücləndirmək, Milli Ordunun hərbi, texniki və maddi gücünün artırmaq, xalqın mübarizə ruhunu yüksəlmək əvəzinə, ölkədə vətəndaş cəmiyyətinə qarşı repressiyaları genişləndirməklə, seçkiləri total saxtalaşdırmaqla, korrupsiyanın həcmini artırmaqla demokratik dünyanın təpkilərinə məruz qalaraq qınaq obyektinə çevrilməsi, dövlətimizin demokratik imici ilə bağlı mənfi rəy yaratmaqla beynəlxalq aləmdən təcrid yolunu tutması Qarabağ probleminin həllində böyük problemlər yaradıb.
Kaydol:
Kayıtlar
(
Atom
)